Bu sözləri “Media Türk TV”-nin “İrəvana doğru” verilişinin qonağı, siyasi elmlər doktoru Elşad Mirməşiroğlu açıqlamasında deyib.
O, vurğulayıb ki, biz çox yaxşı xatırlayırıq ki, ölkə rəhbəri elə 2020-ci ildə qeyd etdi ki, biz işğaldan azad etdiyimiz əraziləri dünyanın ən inkişaf etmiş məkanlarından birinə çevirəcəyik, ən gözəl məkanlarından birinə çevirəcəyik.
Elə, qısa zaman keçməsinə baxmayaraq, biz bunun artıq əlamətlərini görürük və diqqəti çəkən əsas məqam da ondan ibarətdir ki, ölkə rəhbəri bütün sahələrdə olduğu kimi, bu sahədə də diqqətinin əsasında, addıyı addımların əsasında konseptual yanaşmanı qoyur: “Məsələn 2020-ci ilin oktyabr ayında, yəni ərazilərimizi işğaldan azad etdikdən dərhal sonra demək olar ki, ölkə Prezidenti tərəfindən imzalanan birinci Sərəncam ondan ibarət oldu ki, işğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə forması təşkil edilsin. Bu nəyin göstəricisi idi? Bu, onun göstəricisi idi ki, sonrakı mərhələdə həmin ərzilərdə müxtəlif istiqamətlərdə həyata keçiriləcək fəaliyyət bir proqram əsasında sistemlilik prinsipi ilə həyta keçirilsin. Bunun özü artıq olduqca düzgün yanaşmanın göstəricisi idi.
Biz hər zaman müşahidə edirik ki, Azərbaycan Prezidenti bütün sahələrdə addımlar atarkən mütləq şəkildə onun konsepsiya əsasını formalaşdırır. Olduqca dəqiq, ölçülü-biçili proqram əsasında fəaliyyət həyata keçirir. Ona görə də bütün istiqamətlərdə atılan addımın mütləq yaxşı nəticələrini biz müşahidə etməkdəyik. Ölkə Prezidenti tərəfindən Böyük Qayıdış üzrə I Dövlət Proqramı 2022-ci ilin noyabr ayının 16-da təsdiq edildi. Bunun özü onu göstərirdi ki, həm vaxtilə Ermənistanın işğalı altında olan ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirlməsi, həm də həmin ərazilərdə soydaşlarımızın effektiv məskunlaşdırılması müəyyənləşdirilmiş səmərəli bir proqram üzrə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, demək olar ki, bütün hallarda keçmiş münaqişə subyektləri beynəlxalq ictimaiyyət tərəfindən, müvafiq institutlar tərəfindən dəstək alıb. Amma Azərbaycan öz ərazilərini öz gücü hesabına işğaldan azad etdi və bu gün də həmin ərazilərdə bərpa-quruculuq işlərini yenə də öz iradəsi ilə, öz resrusları ilə həyata keçirməkdədir. Biz yaxşı bilirik ki, ölkə rəhbəri tərəfindən işğaldan azad etdiyimiz ərazilərin effektiv məskunlaşdırılmasını şərtləndirəcək müxtəlif proqramlarda öz ifadəsini tapan yenə də konseptual əsaslar mövcuddur. Məsələn, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlətlər. 5 milli prioritetdən birini işğaldan azad olunmuş ərazilərimizin məskunlaşdırılması məsələsi təşkil edilməkdədir. Ayrıca olaraq Azərbaycan 2030 proqramının həyata keçirilməsi üçün yenə də ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası qəbul edildi, təsdil edildi”.
Dövlət rəhbərinin strateji xəttinin ardıcıllığına diqqək çəkən E.Mirbəşiroğlu vurğulayıb ki, birinci, 2030-cu illərə qədər milli prioritetimiz müəyyənləşdirilir, sonra isə o milli prioritetlərə uğurlu çatdırılması məqsədilə əlavə bir uğurlu strategiya da təsdiq edilir: “Bizim uğurlarımızın nəticəsi əsasında məhz ölkə Prezidentinin belə strateji yanaşması dayanmaqdadır. Ona görə də, az öncə vurğuladığım kimi, qısa zaman kəsiyində Ermənistanın işğalından azad etdiyimiz ərazilərin siması çox sürətlə dəyişir və burada kompleks yanaşma da özünü göstərməkdədir. Məsələn, yenə də məqtiqli və uğurlu yanaşma ondan ibarət oldu ki, hər şeydən öncə həmin ərazilərdə nəqliyyat kommunikasiya sistemi qurulmağa başlandı. Təsadüfi deyil ki, qısa zaman kəsiyində Füzulidə və Zəngilanda hava limanları inşa edilərək istifadəyə verildi. Bu il artıq sayca 3-cü Laçın hava limanı istifadəyə veriləcəkdir. Bunun olduqca əhəmiyyətli təsiri olacaqdır. Nəyə görə? Birincisi, inkişaf etmiş yol sistemi təhlükəsizlik məsələlərinin zamanında uğurlu həlli deməkdir və həmin ərazilərdə inşa edilmiş yol sisteminin təxminən 1000 kilometrə qədəri gələcəkdə müdafiə təhlükəsizlik məsələlərinin həlli üçün səmərəli ola bilər. Yəni bu yol nəqliyyat sistemi qurulan zaman, logistika sistemi qurulan zaman mütələq şəkildə gələcəkdə müdafiə və təhlükəsizlik məsələlərinin effektiv həll olunması amili mütləq şəkildə diqqətdə saxlanılır. Bunun özü də ölkə rəhbərinin olduqca uğurlu strateji yanaşdığının göstəricisidir. Çünki düşmən öz yerində qalmaqdadır. Ermənistan Azərbaycana ərazi iddialarından əl çəkmək niyyətində deyil. Günü bu gün də Azərbaycan mövqeləri Ermənisran tərəfindən atəşə tutulur. Günü bu gün də Ermənistan yenidən münaqişə elementlərinin kənardan dəstək alaraq Cənubi Qafqaz regionuna qaytarılması üçün cəhdlər etməkdədir. Azərbaycana qarşı siyasi xarakterli, hərbi xarakterli təxribatlarından əl çəkmək niyyətində deyil. Ona görə də biz mütləq şəkildə formalaşdırdığımız güc mövqeyimizi daha da gücləndiririk”.
Siyasi elmlər doktoru daha sonra əlavə edib ki, Azərbaycan Prezidenti vurğulayır ki, bizim bugünkü ordumuz 2020-ci ildə torpaqlarımızı işğalçı Ermənistandan qurtaran ordudan qat-qat güclüdür. Bildiyimiz kimi, ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində daha effektiv addlmlar atıldı. Yeni komanda növləri, qoşun növləri formalaşdırıldı. Ordunun müdafiə qabiliyyətinin artırılması istiqamətində xüsusi təsirli addımlar atıldı və bu gün Azərbaycan dünyanın ən güclü orduları sırasında 57-ci yerdə bərqərar olunmaqdadır: “Bunun özü onu göstərir ki, Azərbaycan güc mövqeyində çox etibarlı dayanmaqdadır. Təkrar olaraq vurğulayıram ki, düşmən də öz düşmənçiliyindən geri çəkilmək niyyətində deyil. Ona görə də işğaldan azad etdiyimiz ərazilərin bərpa-quruculuq işləri həyata keçirilərkən mütləq şəkildə gələcəktə təhlükəsizliyə yaranacaq təhdidlərin effektiv aradan qaldırılması məsələləri də mütləq diqqət mərkəzində saxlanılmaqdadır. Sıx nəqliyyat sisteminin qurulması həmin ərazilərin daha sürətli və keyfiyyətli bərpasına imkan yaradır, həm də sözsüz ki, əsas məsələ soydaşlarımızın həmin ərzilərdə effektiv məskunlaşdırılması imkanlarını da genişləndirir,- deyə E.Mirbəşiroğlu vurğulayıb.
Tahirə AĞAMİRZƏ