22.11.2024, 09:58
AZ EN
26.10.2022, 16:17 426

Ermənistan KTMT-dan çıxacaqmı

YAZILAR

“KTMT-na əlvida qrupu” oktyabrın 21-də Ermənistan parlamentinin spikerinə müraciət edərək ölkənin KTMT-dan çıxması ilə bağlı dinləmələr və müzakirələr keçirilməsini xahiş edib. “Hraparak” onlayn nəşrinin  26 oktyabrda yaydığı xəbərə görə, Ermənistan parlamentinin sədri həmin məsələni müzakirəyə çıxarmayıb. Parlamentdən bildiriblər ki, bu məsələ barədə 44 günlük müharibədən sonra dəfələrlə danışılıb və müzakirələr aparılıb. Amma hələ də vahid qərar qəbul olunmayıb. Parlamentin sədri Alen Simonyan həm bu qrupun, həm də digər qurumların ölkənin daxili işinə qarışmasına münasibət bildirib. O deyib ki, Marqarita Simonyan, əri və başqa manqurtlar Ermənistanın, onun qanuni iqtidarının ünvanına müxtəlif səviyyəsiz ifadələr işlədirlər. Jurnalistin Zatulinin Ermənistana girişinə niyə qadağa qoyulması barədə sualına cavab olaraq isə A.Simonyan rişxəndlə cavab verib ki, “Ermənistanın indiki durumunda hamı hakimiyyətə dərs keçmək istəyir”. O daha sonra əlavə edib ki, hər bir şəxs, o cümlədən xaricdə yaşayan, amma Ermənistanın vətəndaşı olmayan adam öz fikrini deyə bilər və bu təbiidir. Amma özünü siyasətçi hesab edən hansısa şəxsin öz müsahibələrində, televiziyadakı çıxışlarında ölkənin rəhbərliyini istefa verməyə çağırması adi məntiqdən də uzaqdır. “Kimsə kiminləsə “çaşka-loşka”dırsa, həmin adamın qabiliyyətini tərifləyib başqasını təhqir etməməlidir”.

Jurnalisitn “ilin sonunadək Azərbaycanla sülh sazişi inazalanacaqmı?” sualını cavablandırarkən isə o siyasətdə də həyatda olduğu kimi hər şey gözlənilmədən dəyişə biləcəyini deyib və əlavə edib ki, “məni hər şeydən çox ölkənin təhlükəsizliyi düşündürür. Sülh sazişi nə qədər tez bağlanarsa, faydalıdır”.

Başqa bir jurnalistin Ermənistan respublikasının qara siyahısında daha kimlərin olacağı barədə suala konkret olaraq “Marqarita Simonyan, əri və bir çox başqa erməni familyalı manqurtlar”- deyə cavablandıran Alen Simonyandan sonra jurnalistlərə yaxınlaşan “Hayastan” fraksiyasının üzvü Geğam Manukyan isə mitinqlərdə olduğu kimi, yenə də fantaziya dolu fikirlər səsləndirib. O, deyib ki, hakimiyyət dəyişsə, vəziyyət də dəyişəcək. Paşinyanın komandası həmişə olduğu kimi, yenə də “başqalarının marağına uyğun fəaliyyət göstərir” -deyə aşağılayan Geğam Manukyan jurnalistin növbəti sualını lap gülməli cavablandırıb. O deyib ki, Paşinyanın və komandasının istefa verməsi, başqa adamların hakimiyyətə gəlməsi vəziyyəti kökündən dəyişəcək. Ermənistan əvvəllər olduğu kimi,  yenə də milli ruhda idarə olunacaqdır.

Kimin hakimiyyətə gələcəyi, əlbəttə, Ermənistanın öz daxili işidir. Amma dəyişməyən reallıq budur: Azərbayacan qalib Ermənistan isə iqtisadi, siyasi, hərbi cəhətdən darmadağın edilmiş ölkədir və Ermənistanda hakimiyyətdə olmasına baxmayaraq, o, Azərbaycanın önündə daim indiki kimi fağır və miskin olacaqdır. Çünki ermənilər öz milli mentalitetlərinə görə, müti və qorxaqdır.

Nəsib QARAMANLI

 

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR