Tarixdə çoxlu faktlar sübut edir ki, ermənilər öz məqsədlərinə çatmaq üçün qadınlarından canlı alət düzəldiblər. Bu gerçəkliyin biri də məhz bu gün Roma papasına Qarabağdakı hayuhilərin - erməni qadınların hay-həşirliyi ilə yazılmış açıq məktubudur. "Hraparak"ın günortaya yaxın yaydığı açıq məktubun ilk cümləsindən hayların yaltaqlığının ən yüksək səviyyədə davam etdiyi açıq-aşkar görünür. Hay qadınların məntiqinə görə Roma papası fransız mənşəli olmaqla dünyanın ən böyük din lideridir. Ermənilərin min illərdir xristian və Romanın "əvəzsiz" təəssübkeşi olduğunu xatırladan hayuhilər Azərbaycanın əlehinə növbəti qarayaxmalar edərək yazırlar ki, guya "120 min" hay qışın soyuğunda qalaraq hər cür əzablara dözürlər, uşaqlar məktəbə, xəstələr müalicəyə gedə bilmir və s. Yaltaqlıq və etnik lovğalıqla dolu bu məktubda daha sonra müticəsinə xahiş olunur ki, Roma papası bütün xristian dövlətlərin diqqətini Qarabağdakı separatçı rejimin və oradakı hayların müdafiəsinə cəlb etsin.
Həcmcə böyük, məntiqcə boşboğazlıq olan bu məktubun hayların köməyinə çatacağına inandıqlarını da yaltaqcasına vurğulayan həmin qadınların rəhbərinin kim olduğu isə başqa yazıdan bilinir. Adı Araksiya, soyadı Xaçaturyan olan həmin qadın vaxtilə Ermənistanın Fransadakı səfirliyində texniki işçi olub. Roma papasının etnik frəng olduğunu da məhz o "icad edib".
N.Qaramanlı