08.09.2024, 07:02
AZ EN
05.12.2022, 11:55 353

İran KTMT-na üzv olacaqmı?

YAZILAR

Dekabrın ilk günlərindən erməni kütləvi informasiya vasitələri vaxtaşarı belə bir xəbər yayırdılar ki, İranın parlamentinin nümayəndələri milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vahid Cəlalzadənin başçılığı ilə Moskvaya gedəcək və müxtəlif rəsmi şəxslərlə vacib məsələləri müzakirə edəcəklər. Dekabrın 4-də «Hraparak» və «Lurer» informasiya agentliklərinin yaydıqları xəbərdə isə bildirilirdi ki, iranlı deputatlar artıq Moskvadadırlar və onlar dekabrın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasında iştirak edəcəklər. Qeyd olunur ki, iranlı parlamentarilər Moskvadakı həmkarları ilə qarşılıqlı əməkdaşlıq haqqında müzakirə aparacaq, İranda 2 aydan çoxdur ki, davam edən etiraz aksiyalarının yatırılması üçün Rusiyadan siyasi və yeri gələrsə digər kömək alacaqlar. «Lurer.com» yazır ki, dekabrın 5-də saat 10-da öz işinə başlayan KTMT-nın Parlament Assambleyasında iştirak edən iranlılar əgər bu quruma üzv dövlətlərin razılığı olarsa, gələcəkdə KTMT-ya daxil olacaqlarını istisna etməyiblər. Agentlik əlavə edir ki, İranın KTMT-na daxil olması ilk növbədə Ermənistanın mənafeyinə uyğundur və Ermənistan bu dost ölkə ilə bütün sahələrdə əməkdaşlığı daha da genişləndirmək istəyir.

İranşünas alim, İrəvan dövlət universitetinin şərqşünaslıq fakültəsinin dosenti Vartan Voskanyan isə yenidən mətbuatda peyda olaraq jurnalistə verdiyi ayaqüstü müsahibədə bildirib ki, İran KTMT-ya üzv olmaqla həm də türklərin Turan layihəsinin gerçəkləşməsinə mane olmaq istəyir. Amma unudur ki, KTMT-dakı dövlətlərin çoxu məhz türkdillidir və Türk Dövlətləri Təşkilatının üzvləridir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər