Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, yalnız son 2 ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb.
“Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub. Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla 1.1 milyon yaxın vətəndaşlarımızın pensiyaları artırıldı.
Deputat vurğulayıb ki, son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpasına yalnız dövlət büdcəsindən 9.8 milyard manat vəsait ayrılıb.
“Bütövlükdə isə, şanlı zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 22.1 milyard manat vəsait xərclənib. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır”, - deyə o qeyd edib. (Trend)