05.02.2026, 18:30
AZ EN
05.02.2026, 17:05 107

Ermənistan real addımlar atmalı, Qərbi azərbaycanlıların ora qayıtması üçün şərait yaratmalıdır

YAZILAR
  • Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafı önəmlidir və proseslər əlaqələrin inkişafına, daha da irəli getməsinə töhfə verir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov iki ölkə arasındakı sülh prosesinin fonunda Qərbi Azərbaycana qayıdışın aktuallaşmasına münasibət bildirərkən deyib.

O bildirib ki, hadisələr Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışına aparmalıdır.

Onun fikrincə, münaqişənin bitməsi, qarşılıqlı ittihamlar və atəşkəs pozuntusunun olmaması təqdirəlayiqdir:

"Zəngəzur dəhlizi məsələsi də həllini tapıb. Belə məqamda, növbəti mühüm məsələ yalnız Qərbi azərbaycanların öz doğma yurduna qayıtması qalır.

Bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonunda çoxlu sayda azərbaycanlı öz yurdundan deportasiya olundu, məhrumiyyətlərlə üz-üzə qaldılar. Hesab edirəm ki, o insanların öz doğma yurdlarına qayıtmasının zamanı yetişib. Bu, beynəlxalq hüquqa əsaslanır. Ermənistan Azərbaycanın tələbini qəbul etməlidir".

Ceyhun Məmmədov qeyd edib ki, Ermənistan bu dəfə beynəlxalq hüququ tanımalı, onun şərtlərini yerinə yetirməlidir:

"Ermənistan real addımlar atmalı, Qərbi azərbaycanlıların ora qayıtması üçün şərait yaratmalıdır. Rəsmi İrəvan Qərbi Azərbaycan icması ilə danışıqlar aparıb, prosesin həlli üçün səy göstərməlidir. Danışıqlar reallaşmasa, bu prosesin müxanizmləri müəyyənləşdirilməsə, qayıdış ləngiyə bilər.

Azərbaycanla Ermənistan arasındakı sülh quruculuğu prosesində artıq bir çox məsələnin həllini tapdığını nəzərə alsaq, bu prosesin də sürətlənməsi mütləq şərtdir. Qərbi azərbaycanlıların öz doğma yurdlarına layiqli qayıdışı təmin olunmalıdır". (Report)

Oxşar xəbərlər