22.11.2024, 04:00
AZ EN
20.10.2022, 14:28 546

Qarabağdakı separatçılar yalvarmağa gedəcəklər

YAZILAR

Azərbaycanın şanlı qələbəsindən sonra təkcə məğlub olmayan, həm də reallıqla barışmayan və normal düşüncə tərzindən getdikcə daha da uzaqlaşan ermənilər Qərblə Rusiya Federasiyası arasında seçim etmək üçün vurnuxurlar. Bu yaxınlarda Fransadan, İsveçdən gələn nümayəndələr önündə növbəti yalanları ilə göz yaşı tökən separatçı ermənilərin bir qrupu isə son ümid yeri kimi Moskvaya gedib oradan dəstək almaq fikrinə düşüblər. “Fakt” qəzetinin 20 oktyabr tarixli sayında bu barədə yazılan məqalədə o da vurğulanır ki, Qarabağ separatçılarının başçısı Araik Harutunyanın öz bandası ilə iki gün gözlədikdən sonra yalnız özünün Paşinyan tərəfindən etinasızlıqla qəbul edilməsi erməniləri qəzəbləndirib. Erməni mətbuatının əvvəllər də yazdığı kimi, Paşinyan bandaçı Araik Harutunyanla fikir mübadiləsi apararkən “arsax” məsələsinin danışıqlarda gündəmdə olmadığını vurğulayıb və  “arsax”lıların öz başlarına çarə qılmalarını məsləhət görüb. İrəvandan kor-peşiman geri qayıdan separatçılar isə yenidən toplaşaraq Moskvaya gedib Rusiyanın himayəsinə sığınmağı qərara alıblar. Həmin qəzetin yazdığına görə, ermənilər ən son variant kimi Qarabağda ermənilər yaşayan ərazilərin Rusiyanın tərkibinə daxil olması kimi sərsəm fikirin reallaşmasına çalışırlar. Qəzet yazır ki, etibarlı mənbədən verilən məlumata görə, Moskvada separatçıların gəlişindən xəbərdardılar və görüş üçün müəyyən işlər aparılır. Rusiyanın bu və ya digər yüksək vəzifəli məmurları ilə deyil, məhz prezident Vladimir Putinlə görüşməyə can atan separatçılar inanırlar ki, Kreml onları himayə edəcək. Bu işdə Rusiyada yaşayan ermənilərə də bel bağlayan separatçılar unudurlar ki,  Putinin özü vaxtilə Qarabağ məsələsinin həll edildiyini açıq mətnlə təsdiqləyib.

“Joğovurd” qəzetinin 20 oktyabr tarixli “arsaxlı ermənilər nə edəcəklərini bilmirlər”  sərlöhvəli məqaləsində də mövcud durum ermənisayağı şərh edilərək həm Ermənistanın, həm də “arsaxın” Qərblə Rusiya arasında vurnuxduğu bildirilib. Qəzet yazır ki, Paşinyan iqtidarı Qarabağdan əlini çəkdiyinə görə “arsax”lılar nə edəcəklərini bilmirlər və müxtəlif ölkələrə, beynəlxalq təşkilatlara müraciət edərək çıxış yolu axtarırlar.Türkiyə və Azərbaycanı ermənilərin əbədi düşməni kimi hesab edən məqalə müəllifi 2020-ci ildən fərqli olaraq indi erməniləri daha çox ölkənin dəstəklədiyini bildirir və əmindir ki, əgər müharibə başlayarsa, Ermənistanı  hərbi texnika və canlı qüvvə ilə dəstəkləyən dövlətlər olacaq. Fransa və İranı isə özlərinin ən etibarlı himayədarı hesab edən bu qəzet demək olar ki, bütün saylarında müharibəni təbliğ edir. Görünür, ermənilər Dəmir yumruğun bu dəfə onlar üçün daha ağır nəticə verəcəyini hələ də dərk eləmirlər.

N.QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR