24.04.2025, 23:12
AZ EN
20.05.2024, 09:37 449

Uğurun poeziyası. Zəhmətin rahatlığı...

YAZILAR
  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfəri ilə bağlı paylaşım edib. Paylaşımda “Gözəl Zəngilandan salamlar, 18 may, 2024” sözləri qeyd olunub və ölkə başçısı İlham Əliyevin Araz çayı kənarında videosu və şəkilləri yer alıb.

Qeyd edək ki, həmin andan paylaşım saytlarda və sosial mediada gündəm olub. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandanımızla bağlı olan paylaşımı və şəkli hər kəs öz ürək sözləri ilə sosial mediada təqdim edib. Onlardan ən çox yadda qalan və paylaşılan Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin öz FB səhifəsində paylaşdığı - “Uğurun poeziyası. Zəhmətin rahatlığı.” sözləridir. Bundan başqa sosial mediada “Müzəffər Ali Baş Komandan!”, “Ən gözəl foto” və.s başlığı ilə də xeyli sayda paylaşımlar edilib və edilməkdədir... 

Qeyd edək ki, həmin paylaşımlara yazılan rəylər də çoxdur və diqqəti cəlb edib. Bunlardan biri də filologiya elmləri doktoru, tədqiqatçı Esmira Fuadın rəyidir: “Səmimiyyətin və sevincin, eyni zamanda qürurun, rahat nəfəsalışın poeziyası duyulur bu bənzərsiz fotodan... Azad edilmiş doğma yurdda olmağın fərəhi Ali Baş Komandanın təbəssüm qonmuş çöhrəsindən...”.   

Çoxsaylı rəylərdə həmçinin “Bəli, zəhmətin rahatlığı”, “Bu günə şükür!” “Bura Vətəndir, artıq əlim yetəndir” kimi sözlər də fərəhlə qeyd olunub.

Mina RƏŞİD

Oxşar xəbərlər