21.11.2024, 14:24
AZ EN
20.02.2023, 13:26 259

Erməni hərbçi Azərbaycanın gücünü etiraf edir

YAZILAR
  • Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin sabiq müşaviri Vladimir Poğosyan "Hraparak"-ın müxbiri ilə söhbətində bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç vaxt Türkiyə və Azərbaycana qarşı müharibə aparmayacaq. O, deyib: "Bu gün Rusiyanın bütün iqtisadiyyatı Azərbaycan və Türkiyədən asılıdır. Onun bütün qazı onlardan keçir. Bu birinci, ikincisi isə, Rusiya Ukrayna ilə müharibədə güc-bəla dözür və ondan heç cür əl çəkmir. Rusiya Türkiyə ilə də vuruşan deyil, çünki o, həm də Azərbaycanla müttəfiqdir. Rusiyanın isə belə gücü və vasitələri yoxdur".

Xatırladaq ki, bu gün Avropa İttifaqının qərarına əsasən, onların "mülkü müşahidə missiyası" Ermənistana gəlməlidir. Bunun həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbuledilməz olması barədə dəfələrlə xəbərdarlıq  edilsə də, hay iqtidarının Fransa və İranın dəstəyindən kifayət qədər bəhrələnə biləcəyinə ümid edərək yeni təxribat törətmək üçün Rusiyanın hədə dolu iradlarını hələ də qulaqardına vurur. Sözügedən məsələyə münasibət bildirən  bu hərbi ekspert onu da vurğulayıb ki, Azərbaycan KTMT üzvlərinin çoxu ilə dostluq və əməkdaşlıq etdiyinə görə həmin ölkələrin rəsmiləri İrəvana həmişə barmaqarası münasibət sərgiləyir.

Başqalarının hesabına öz mövcudluğunu qoruyub saxlamaq əvəzinə yeni müharibəyə hazırlaşması isə hayların xəstə təfəkkür sahibləri olduğunun bariz nümunəsidir.

Nəsib

Oxşar xəbərlər