25.11.2024, 01:11
AZ EN
31.05.2024, 16:55 182

Bizim əsas hədəfimiz və məqsədimiz yekun sülh müqaviləsini imzalamaqdır

YAZILAR
  • “Bu günlərdə Ermənistan mətbuatında Zəngəzur dəhlizi ilə bağlı  müəyyən fikirlər yayılır. Biz nəzərə almalıyıq ki, bu məqsədli bir təbliğatdır”.

Bu sözləri millət vəkili Ceyhun Məmmədov “ARB-24”-ə açıqlamasında söyləyib. 

Deputat qeyd edib ki, bu gün Ermənistan daxilində ciddi gərginlik var və  hazırkı müxalifət Baqratla bir yerdə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir: “Ona görə də bu gün məqsədli olaraq  Ermənistan mətbuatında , xüsusilə də müxalif yönümlü mətbuatda  bu cür məlumatlar məqsədli formada tirajlanır. Bizm media da, mətbuat da baxıram ki, bu  məlumatları yayır. Biz nəzərə almalıyıq ki,  bunlar Ermənistanın daxilindəki  gərginliyin artırılmasına yönəlmiş addımlardır. Onlar belə bir fikir yaratmaq istəyirlər ki,  hətta bir az da irəli gedərək sanki Paşinyan Ermənistanı tamamilə Azərbaycana təhvil verib və ya bəzən bir az da mübaliğəli formada satıb deyirlər”. C.Məmmədov daha sonra əlavə edib ki, burda məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün danışıqlar gedir: “Artıq bizim 4 kənd məsələsi bitib. Digər məsələlərin müzakirəsi gedir. Yəni komissiyaların iclası keçirilir və  bu məsələlər, təbii ki, burda bir məsələ deyil, mətbuata açıqlama o zaman verilir ki, konkret  bir razılıq var.  Tərəflər müəyyən məsələləri razılaşdırıblar və bir plan üzrə gedirlər. O zaman ətraflı məlumat verilir və veriləcək. Hazırkı mərhələdə  bu gün bizim hədəfimiz o 4 kənd idi, sonra digər 3 kəndin məsələsi var. İndi bizim Kərki kəndi ilə bağlı məsələ var. Yüksəkliklər və digər. Ermənistan mətbuatı çox əraziləri, hətta Kəlbəcər istiqamətində, eyni zamanda  digər bizim yüksəkliklərlə də bağlı bu cür məlumatları yayırlar”.

Millət vəkili daha sonra vurğulayıb ki, bu gün damışılar gedir: “Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə bütün torpaqlar azad olunana kimi, bütün bizim ərazilərimiz Ermənistandan  geri qaytarılana kimi bu prosesi davam etdirəcək. Bizim əsas hədəfimiz və məqsədimiz  yekun sülh müqaviləsini imzalamaqdır. Bir daha təkrar edirəm ki,  digər məsələlər barədə məlumat veriləcək. Düşünürəm, bu, daha çox, bir daha qeyd edirəm, Ermənistanada kütləyə hesablanmış bir  addımdır. Biz bizim komissiyanın açıqlamalarını və bəyanatlarını yekunda gözləməliyik”.- deyə C.Məmmədov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər