18.10.2024, 11:46
AZ EN
12.06.2024, 14:45 398

Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası”dır

YAZILAR
  • Ötən əsrdən sənayenin inkişafı ilə əlaqədar ətraf mühitin çirklənməsi, iqlim dəyişiklikləri, təbii ehtiyatların azalması halları baş vermişdir. Bu halların aradan qaldırılması, artan tələbatı qarşılanması və dayanıqlı inkişafa nail olmaq məqsədilə dünyada “Yaşıl iqtisadiyyat”ın genişləndirilməsi üçün tədbirlər görülür.

Müasir Azərbaycanın gələcək inkişaf planlarının əsası müasir sənayeləşmədir. Ölkəmizin iqtisadiyyatının nef amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, enerji və resursların səmərəli istifadə edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması əsas məqsədlərindəndir.

Bərpa olunan enerji mənbələri üçün yüksək potensiala malik ölkələrdən biri də Azərbaycandır. Ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dır ki, bu da ümumi gücün 20,3 %-ni təşkil edir. Hidroenerji gücü 1301,8 MVt (35 ədəd stansiya, 24-ü kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66,4 MVt (8 stansiya, 3-ü hibrid), bioenerji gücü 37.7 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 281,9 MVt (13 stansiya, 3-ü hibrid) təşkil edir. 3 ədəd hibrid elektrik stansiyasında (Qobustan, Culfa və Qala Ekoloji Park) külək – 2,85 MVt, günəş – 3,8 MVt və bioenerji – 0.7 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları istismar edilir. İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2023-cü ildə 529,3 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 6,4 %-ni təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi aparılan enerji təhlükəsizliyi siyasətinin prioritet istiqamətlərindən biri bərpa olunan enerji mənbələrindən səmərəli istifadədir. Azərbaycan Respublikası Prezidentinin 1159 nömrəli Fərmanı ilə 22 sentyabr 2020-ci ildə əsası qoyulan "Azərenerji" Bərpa Olunan Enerji Agentliyi Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyindədir. Bərpa olunan enerji sektorunun daha da genişləndirilməsi, inkişaf etdirilməsi məqsədilə bir sıra qanunlar və normativ aktlar qəbul edilmişdir.

 Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkənin növbəti onillikdə sosial-iqtisadi inkişafına aid Milli Prioritetdən 5-ci prioritet təmiz ətraf mühit və “yaşıl artım” olmasıdır. Bu prioritet daxilində əsas məqsəd yüksək keyfiyyətli ekoloji mühitə və “yaşıl enerji” məkanın effektiv reallaşdırılmasıdır. Bu sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə geniş yer verilməsi, təbii ehtiyatlardan, dayanıqlı enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi bağlı qarşıya konkret tapşırıqlar qoyulub. Eləcə də ölkəmizdə yaşıl enerji,yaşıl texnologiyalar vasitəsilə iqtisadiyyatın bütün sahələrində bərpa olunan enerjinin düzgün tətbiqi və onların istifadəsini gələcək dövrlərdə genişləndirməkdir.

Professor Vüsal Qasımlının elmi redaktorluğu və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Yaşıl iqtisadiyyat” monoqrafiyası nəşr edilmişdir. Bu monoqrafiyanın böyük əhəmiyyətə və dəyərə malik olmasının əsas səbəbi ölkəmizdə bu sahədə ilk əhatəli tədqiqat əsəri olmasıdır. Həmin monoqrafiyada azad olunan ərazilərdə alternativ enerji mənbələrinə xüsusi yer verrilmişdir. Monoqrafiya 3 bölmədən ibarətdir. 1-ci bölmədə iqlim dəyişikliyi ətraflı araşdırılır, 2-ci bölmədə enerji istehlakı statistik olaraq təhlil edilir, 3-cü bölmədə isə4 Azərbaycanda “yaşıl iqtisadiyyat”ın mövcud durumundan və perspektivlərdən danışılır.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair baxış irəli sürülmüşdür. Bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması təsdiq olunduqdan sonra “Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan etmişəm” çağırışı olmuşdur. Bu yolda görülən tədbirlər haqqında beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün sərəncam qəbul edilmişdir. Bu sərəncam nəticəsində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq Konsepsiya sənədi hazırlanmışdır. Hazırlanan konsepsiyanın məqsədi azad olunmuş ərazilərdəki mövcud enerji potensialını müəyyən etmək, bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiq etməkdir. İlkin müşahidələr onu göstərirdi ki, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları günəş enerjisinin əldə edilməsi üçün çox böyük potensiala malikdir. Bu potensialın 7200 MVt-dan artıq olduğu bildirilirdi. Eyni zamanda Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir.  Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. Bərpa olunan enerjinin istifadəsi yönündə bir sıra infrastrukturlar qurulmuş və enerji təhlükəsizliyi təmin edilmişdir. Belə ki, Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilmişdir:

  • “Güləbird” SES - 8 MVt;
  • “Suqovuşan-1” KSES - 4,8 MVt;
  • “Suqovuşan-2” KSES - 3,0 MVt;
  • “Kəlbəcər-1” KSES - 4,4 MVt. [4]

Bunlarla yanaşı, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində 100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası" olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Laçın, Kəlbəcər ərazisində isə  təxmini olaraq 100 MVt gücündə külək elektrik stansiyası layihəsinin tikintisi planlaşdırılır.Planlaşdırılan Yaşıl Enerji Zonasının yaradılması məqsədilə bu ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Beləliklə, dünyəvi məqsədə çevrilən Yaşıl İqtisadiyyatın qurulması Azərbaycanın da prioritet istiqamətlərindəndir. Bu zamana qədər görülən və bundan sonra da görüləcək tədbirlər, o cümlədən, azad olunmuş ərazilərdə Yaşıl zonanın yaradılması ölkəmizdə bu sahəni genişləndirəcəkdir.

İstifadə edilmiş mənbələr:

  1. İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası (YEZ) | Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (area.gov.az)
  2. 825263(meqale).pdf (anl.az)
  3. The green energy economy is emerging, says IEA | World Economic Forum (weforum.org)
  4. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (Azərbaycan) — Vikipediya (wikipedia.org)

 

Əminə ƏLİYEVA

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat” fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin III ili, 694 saylı qrup tələbəsi

emineeliyeva02@gmail.com

Oxşar xəbərlər