29.03.2024, 02:06
AZ EN
24.11.2022, 12:06 471

Ermənistana güzəşt limiti tükənib

YAZILAR

Noyabrın 23-də İrəvanda keçirilən KTMT dövlət başçılarının Zirvə Toplantısı mövcud qaydaya uyğun olaraq sədr dövlətin başçısının, yəni Nikol Paşinyanın çıxışı ilə başlayıb. Vladimir Putini «Zvartnoç» hava limanında qarşılayaraq zirvə toplantısının keçirildiyi «Divin» mehmanxanısnadək müşaiyət edən erməni baş nazir öz çıxışında da etiraf etdiyi kimi, yol boyu Ermənistan Azərbaycan münasibətləri barədə öz ağasını məlumatlandırıb. Erməni kütləvi informasiya vasitələrinin noyabrın 24-də yaydığı xəbərlərin əksəriyyəti məhz KTMT-nın zirvə görüşü və Paşinyanın buradakı mövqeyi barədədir. KTMT dövlət başçıları tərəfindən bu qurumun nüfuzunun və maddi texniki bazasının daha da gücləndirilməsi, baş verə biləcək neqativ halların qarşısının alınması, üzv dövlətlərin sülh və əmin-amanlıq şəraitində yaşaması və s. bu kimi məsələlər irəli sürülsə də müvafiq sənəd imzalanarkən N.Paşinyan etnik riyakarlığını yenə də nümayiş etdirib. Belə ki, o öz çıxışını kağız üzərindən oxuduğu kimi, sənədlə bağlı fikrini də məhz kağızdan oxuyub. Azərbaycanı həmişə olduğu kimi, yenə də günahkar çıxartmağa cəhd edən Paşinyan bu hərəkəti ilə KTMT-nın deyil, məhz Ermənistanın və bacıları olan Fransa ilə İranın mövqeyini sərgiləyib. Üçtərəfli bəyanatı ermənilərə xas həyasızlıqla xarakterizə edən Paşinyan bununla həm də müxalifətin və Qərbdəki ağalarının fikirlərini də ifadə etmiş oldu. Erməni siyasətçiləri Paşinyanın çıxışı və KTMT-nın sözügedən sammiti barədə müxtəlif fikirlər irəli sürürlər. S.Qriqoryan bildirir ki, KTMT-nın Zirvə toplantısında Azərbaycanın müdafiə olunması bu təşkilatın üzvlərinin çoxunun türkdilli və Türk dövləti olmasından irəli gəlir. Qazaxıstan prezidenti Tokayevin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirməsi isə erməniləri məhz ermənisayağı düşündürür. Onlar yenə də reallıqdan uzaq mövqe nümayiş etdirərək «arsax»ın taleyi barədə müəyyən müddəalar irəli sürürlər. Bir qrup siyasi ekspertlər isə KTMT baş katibliyi vəzifəsinin nizamnaməyə uyğun olaraq 3 il müddətinə Qazaxıstan nümayəndəsi İmanqulu Tasmaqambetova keçməsinin də Azərbaycanın xeyrinə olacağını vurğulayırlar. Nikol Paşinyanın indiyədək KTMT baş katibi olmuş Vyaçeslav Zasa KTMT-nın birinci dərəcəli şərəf nişanı ordenini təqdim etməsi isə erməni cəmiyyətində böyük ajiotaj yaradıb. Bu qaraçı xislətli, hind, fars, qaraçı, ərəb və s. etnoslardan yaranan toplum hələ də başa düşmək iqtidarında deyil ki, KTMT nə Ermənistanın, nə də Paşinyanın sözü ilə fəaliyyət göstərən qurum deyil. Onu Azərbaycana qarşı çevirmək istəyən ermənilərə isə erməni politoloq S.Qriqoryanın dediyi cavab reallığı tam əks etdirir: «KTMT-da Azərbaycanın dostları çoxdur, Ermənistan isə tək qalıb».

Siyasətin görünən və görünməyən tərəflərində daim reallıqdan uzaq olan Ermənistanı öz himayədarlarına güvənməsinin limiti isə şanlı Azərbaycan ordusunun və Müzəffər Ali Baş Komandanın zəfər simvolu olan Dəmir yumruğu ilə çoxdan tükənib.   

Nəsib QARAMANLI

Oxşar xəbərlər