Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, görüşün ən mühüm əhəmiyyəti vasitəçilər olmadan, iki tərəf arasında keçirilməsi idi:
“Adətən vasitəçilər görüşlər zamanı öz maraqlarını da önə çəkirlər ki, bu da müsbət nəticələrin əldə olunmasında maneçilik törədir.
Azərbaycan hər zaman postmünaqişə dövründə danışıqların vasitəçilər olmadan həyata keçirilməsinin zəruriliyini bəyan edirdi və bu formatın daha səmərəli olmasını əminliyini bildirdi. Baş verən proseslər göstərdi ki, Azərbaycan öz mövqeyində haqlıdır. Bu baxımdan Abu Dabidə keçirilən görüşü daha səmərəli hesab edirəm”.
Deputat bildirib ki, görüş barəsində artqı tərəflər müsbət mövqelərini bildiriblər, görüşün kostruktiv mühitdə keçməsini qeyd ediblər: “Görüş zamanı əldə olunan nəticələr sülh müqaviləsinin imzalanması prosesinə mühüm töhfə vermis olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edildi ki, görüş nəticəsində sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Ermənistan tərəfinin də bəyanatında bildirildi ki, Ermənistan Əbu-Dabidə baş tutmuş görüşü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək reallaşdırılması üçün ciddi əsas ola bilər.
Bu gün regonda sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb. Ermənistanın son dövrdə davranışları sülhün bərqərar olmasına ümidlər yaratsa da yekun nəticənin əldə olunması, o cümlədən, sülh sazişinin imzalanması üçün Ermənistan tərəfi bundan sonrakı dövrdə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməlidir”. (Trend)