Ermənistan mediasında İrana hava zərbələri endirilməsi barədə müxtəlif üsullarda xəbərlər yayılmaqdadır. Müxalif media nümayəndələri bu məsələdə erməni hakimiyyətinin də rəqsirli olması barədə tənqidi fikirlər səsləndirməsi isə ilk növbədə onların dünyada baş verən siyasi proseslər barədə ermənisayağı dəyərləndirmə xəstəliyindən yenə də xilas olmadıqlarını sərgiləyir."Hraparak" media qrupunun yanvarın 30-dakı buraxılışında İrana həsr etdiyi xəbərlərin əksəriyyəti molla rejiminin yürütdüyü siyasətin nəticəsi olaraq ölkənin müxtəlif bölgələrindəki hərbi infrastruktura havadan zərbələr endirilməsinə görə yanğınlar, partlayışlar baş verməsi ilə bağlıdır. Sözügedən media qrupunun "İrana yeni zərbələr. İİKK-nun qərargahı partladılıb" başlıqlı məqalədə göstərilir ki, ötən gecə İranın hərbi hava qüvvələrinin "SOS" siqnalı ilə səmaya qalxmasının səbəbi ölkənin müxtəlif şəhərlərindəki bir sıra hərbi infrastrukturları PUA-larla zərbələr olmuşdur. Qeyd olunur ki, hücum və dağıntılar barədə hələ tam məlumat verilməsə də İsvahan şəhərində hərbi zavodun, Şəhid Səlim şəhərində isə mühərrik yağları zavodunda, Diqful şəhərinin avia bazasında, Həmədan və Rəşt şəhərlərində də güclü partlayışlar və yanğınlar baş verib. Ermənilər bu olaylardan böyük sarsıntılar keçirildiyini vurğulayaraq İrana lazımi dəstək göstərməyə hazır olduqlarını da bildiriblər.
Nəsib