Bunu açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq vurğulayıb ki, Ermənistan tarixdə ilk dəfə suveren və məsuliyyətli bir dövlət kimi tanınmaq istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı destruktiv siyasətindən əl çəkməlidir: “Təəssüf ki, hazırda rəsmi İrəvan müxtəlif yollarla bu strateji dəhlizin açılmasına mane olmaq, üzərinə götürdüyü öhdəliklərdən yayınmaq üçün süni əngəllər yaradır. Ermənistanın atdığı addımlar regionda sabitliyi pozmağa, dövlətlərarası münasibətləri gərginləşdirməyə xidmət edir. Konstruktiv dialoqdan uzaq mövqe sərgiləməsi və Zəngəzur dəhlizinin açılmasını əsassız şəkildə sabotaj etməsi bölgədə yeni təlatümlərə səbəb olur. Ancaq reallıq budur ki, Ermənistan beynəlxalq öhdəliklərinə əməl etməli və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyi üçün zəruri addım olmalıdır”.
Hazırladı: Günel QULİYEVA