- Artıq 3 aydan çoxdur ki, Xocalı qatillərindən olan Seyran Ohanyanla bağlı məhkəmə dinləmələri keçirilir. Bildirilir ki, S.Ohanyan Ermənistanın müdafiə naziri olarkən vəzifəsindən sui-istifadə edərək xeyli maşın,villa və nəğd vəsait əldə edib. Bu məqsədlə hətta nazirliyə məxsus torpaq sahəsini satıb. Parlamentdəki iqtidar fraksiyasının üzvü Vahaqn Aleksanyan isə bildirib ki, S.Ohanyan dövlətdən oğurladığı pulla həyat yoldaşına 98 min dollarlıq qolbağı da bağışlayıb.
Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryan məsələ ilə bağlı verdiyi müsahibədə bütün bunların uydurma olduğunu bildirib və xüsusi vurğulayıb ki, gəlib evlərini axtarsınlar, belə qolbağı tapılsa, onu Vahaqn Aleksanyanın anasına bağışlayacaq.
Parlamentdə bir saatdan çox davam edən qolbağı davasının sonunda isə yenə də məişət mövzusunda başqa qiybət başlayıb.
Nəsib