Erməni KİB-lərinin bu gün yaydıqları xəbərlər sırasında diqqətçəkən məqamlardan biri də Ermənistanın suvernliyinə qəsd etməsi üçün edilən fəaliyyətə görə cinayət məcəlləsinə yeni maddənin əlavə olunmasıdır. Hələlik layihə şəklində olan bu məcəllədə göstərilir ki, kimsə Ermənistanın suvernliyinə yönəlmiş fəaliyyət göstərəcəksə 12-15 il həbs müddəti ilə cəzalandırılacaqdır. Bu isə hökumətin müxalifətə qarşı yeni təzyiq üsulu kimi xarakterizə olunur. Belə ki, Qarabağ kökənli bir sıra siyasətçilər və analitiklər erməni xalqının təhlükəsizliyinin ən etibarlı variantı kimi bu ölkənin Rusiyanın tərkibinə daxil olmasının zərurilyini bildiriblər və bu həm iqtidarın, həm də ayrı-atyrı siyasətçilərin əks mövqeyi ilə qarşılaşır. Bundan istifadə edən bir sıra yerli ermənilər 44 günlük müharibə zamanı Ermənistana köçmüş əslən Qarabağlı ermənilərin ünvanına ciddi təhqirlər yağdırırlar. Bildirilir ki, Ermənistan hökuməti Qarabağdan köçənlər üçün müəyyən intiyazlar tətbiq edir. Ermənistanın əmək və sosial məsələlər nazirininin müavini David Xaçatryan isə bildirib ki, “arsaxlılar” Azərbaycanla sərhədə yaxın yerlərdə yaşamaq istəyirlərsə, onlara torpaq sahəsi və pul veriləcəkdir. Nazir müavininin bu açıqlaması Qarabağdan köçmüş erməniləri qəzəbləndirib. Onlar bildiriblər ki, biz Qarabağdan məhz Ermənisatanın siyasətçilərinin və hökumətinin bacarıqsızlığı nəticəsində ayrılmalı olmuşuq. Göründüyü kimi, Ermənistanda siyasi böhran dərinləşdikcə hər iki klan arasında qarşılıqlı ittihamlar da çoxalır və bunun getdikcə daha da dərinləşərək silahlı qarşıdurmaya çevrilməsi də istisna deyil.
Bu gün erməni saytlarının bəzilərində sentyabrdakı erməni təxribatları zamanı öldürülmüş erməni hərbçilərinin 40-nın çıxdığı da xəbəri verilib və həmin döyüşlərdə öldürülmüş 208 nəfər ermənin adları və təvəllüdləri dərc edilib. Əlavə olaraq bildirilib ki, bu tam siyahı deyil və buraya yeni əlavələr gözləniləndir.
Ermənilərin mənsub olduqları xristian dinini siyasi alver alətinə çevirmələri isə yenilik deyil, bu, üç yüz ildən çoxdur ki, davam etdirilir. Beynəlxalq təşkilatlara, güclü dövlətlərə göz yaşı içərisində yalvarışlardan sonra ermənilər yenə də özlərinə dini himayədar axtarışına çıxıblar. Bu dəfəki ünvan isə Vatikandır. Belə ki, “Lurer com.”-un oktyabrın 24-də yaydığı xəbərə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 25-26-da Vatikanda səfərdə olacaq. O, burada yüksək rütbəli din xadimləri ilə görüşəcək və “Ermənistana sülh” adlanan tədbirdə iştirak və çıxış edəcəkdir. Dinin siyasətə qarışmadığını həyasızcasına bildirən ermənilərin təkcə xristianları deyil, islam respublikası adlanan İranı da öz siyasətlərinə müdaxilə etməyə çağırmaları isə hamıya məlumdur.
Ümumiyyətlə isə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gündə bir bəhanə ilə uzadan ermənilərin yenidən Dəmir yumruq altına düşəcəkləri istisna deyil.
Nəsib QARAMANLI