31.07.2025, 18:37
AZ EN
14.08.2024, 09:57 353

Paşinyan vədinə əməl etmir

YAZILAR
  • "Hraparak"ın son günlərdəki paylaşımlarında xidməti maşınlarla bağlı bir neçə tənqidi yazı diqqəti cəlb edir.

Bu gün isə xəbər verilib ki, N.Paşinyan müxalifətdə olarkən hakimiyyətin xidməti maşınlar üçün çoxlu vəsait xərclədiyini bildirirdi. O, deyirdi ki, hakimiyyətə gələcəkləri təqdirdə xidməti maşınlardan istifadə minimuma endiriləcək, onların əvəzinə velosipedlərdən istifadə ediləcəkdir. Paşinyanın velosiped azarkeşi olduğunu bu dəfəki məzuniyyətində hətta 40 km məsafəyə məhz velosipedlə getdiyini xatırladan agentlik əlavə edib ki, hakimiyyətin bahalı xidməti maşın  almaq üçün xərclədiyi pulların həcmi hər il artmaqdadır.

Qeyd olunur ki, təkcə İrəvandakı məmurlar deyil, bölgə rəhbərləri də bahalı xidməti maşınlarda gəzirlər. Onların ailələri üçün də dövlətin vəsaiti ilə alınmış xarici markalı maşınlardan istifadə edilir və baş nazir buna da göz yumur. Spitak (qədim türk diyarı Hamamlı- N.Q.) icmasının rəhbəri Qacayr Nikoğosyanın bu yaxınlarda 46 min dollara xidməti maşın almasını və bunun üçün iqtidar tərəfindən heç bir qınağa məruz qalmamasını da xüsusi qeyd edən agentlik sonda belə qənaətə gəlib ki, Nikol Paşinyan vədlərini tamam unudaraq komandası ilə birgə yalnız dəbdəbəli həyat sürməyi qərarlaşdırıb.

Bu, əlbəttə, hayların genlərindən gələn yalançılıqdır. Bu da həqiqətdir ki, hayların baş naziri N.Paşinyan həm 44 günlük müharibədə, həm də elə indi vədinə əməl etməməklə yalançılıq müəllifi olduğunu sübut edib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR