27.10.2025, 11:15
AZ EN
23.10.2025, 15:22 129

İlk addım atan yenə Azərbaycan oldu

YAZILAR
  • Qazaxıstan taxılının  ölkəmiz üzərindən Ermənistana çatdırılmasına imkan yaradılması regionda qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəminin reallaşması istiqamətində əhəmiyyətli bir jest idi.

“İlk dəfə olaraq Azərbaycan idxal başa çatdıqdan sonra Ermənistana gedəcək yük tranziti üçün məhdudiyyətləri aradan qaldırdı və çox önəmli  bir tarixi hadisənin şahidi olduq. Qazaıxsandan gələn taxıl Azərbaycan üzərindən keçməklə Ermənistan istiqamətinə getdi və beləliklə də bu, həqiqətən də sülhün davamlı olması, sülhün əldə edilməsi üçün çox önəmli addım idi. Bunu ilk olaraq Azərbaycan atdı”.

Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev məsələyə münasibət bildirərkən Baku.tv-yə açıqlamasında deyib.

Millət vəkili bildirib ki, Orta Dəhlizin real təcrübəsini gördük: “Qazaxıstanın Aktau Limanından Xəzər dənizindən Bakıya dəniz daşımasıyla taxıl çatdırıldı və Bakıdan yük dəmir yol xəttinə yüklənərək Gürcüstan üzərindən Ermənistana getməsi marşrutu reallaşdı. Beləliklə də, biz ilk dəfə olaraq  Ermənistana Azərbaycan üzərindən  yükün daşındığını gördük və çox strateji bir məhsulun, taxılın daşındığını gördük”.

Deputata daha sonra əlavə edib ki, Ermənistan baş naziri cavab olara dünən  Tbilisidə keçirilən  İpək Yolu Konfransında  qeyd etdi ki,  onlar da buna qarşılıq verməyə hazırdırlar: “Əslində, Ermənistanın qarşılıq verməsi üçün elə öhdəliyi birinci Zəngəzur dəhlizinin tez bir zamanda reallaşması üçün üzərinə düşən öhdəliyi həyata keçirməsi lazımdır.

      Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 2028-ci ilə gözlənilir Zəngəzur dəhlizinin tam  funksional olacağı. Amma burada Ermənistanın üzərinə düşən çox böyük  ev tapşırığı odur ki,  burada olan infrastrukturu tez bir zamanda  normal, çalışqan bir hala gətirsin.  Biz, bunu Ermənistandan gözləyirik. Təəssüflər olsun ki, hətta 2021-ci ildən  sonra 10 noyabr tarixli 3 tərəfli bəyanatdan sonra Ermənistan hələ də heç bir iş görməmişdir və son zamanlar artıq reallığı qəbul etdikdən sonra, xüsusilə  Vaşinqton görüşündən sonra Ermənistan tərəfindən də bir canlanmanın şahidiyik. Amma Paşinyan tərəfindən əlavə Marqara, Sisyan, Gorus yolu məsələsinin də gündəmə  gətirillməsi ilə bağlı onu da qeyd etmək lazımdır ki, təbii bu alternativ marşrutları Azərbaycan dövlət maraqlarına cavab verəcəksə, olacaq. Xüsuusilə də biz nəzərə almalıyıq ki,  o hissələrin hamısında demarkasiya, delimitasiya prosesləri  başa çatmalıdır ki,  biz bilək ki, hansı marşrut, hansı  nöqtədən gəlir və hansı nöqtədən Azərbaycana keçir. Amma yenə də orada həm də əsas avtomobil yolunun dağlıq olduğunu nəzərə alaraq qışda çox çətin bir vəziyyətin olduğunu, dağlıq bölgə olduğunu  nəzərə alaraq hələ ki, önəm verilir, Zəngəzur dəhlizi olmalıdır və Zəngəzur dəhlizində təkcə avtomoboil yolu deyil, eyni zamanda TRIPP marşrutu dediyimiz yolda dəmiryolu xətləri, boru kəmərləri hamısının rahat kerçməsi üçün  əvvəllər olduğu kimi, yenə də mən əminəm ki, 2028-ci ildə tam funksional olacaq. Ona görə də bu alternativ marşrutları səsləndirməkdən öncə hesab edirəm ki, Ermənistan hələlik  tam diqqətini yönəltməlidir ki, Zəngəzur dəhlizi funksional hala gətirilsin”.

Tahirə AĞAMİRZƏ      

Oxşar xəbərlər