Ə.Verdiyev sonra vurğulayıb ki, özünü İslamın mühafizəçisi və şiəliyin mərkəzi elan edən İran nədənsə 30 il ərzində ermənilərin məscidləri dağıtmasına, orada donuz və digər heyvanların saxlanmasına qarşı bir kəlmə belə işlətmədi. İşğal altında olan Azərbaycan ərazilərini dağıdıb daşınmasında isə ermənilərdən geri qalmadı. Azərbaycan nə qədər İran ilə münasibətləri qorumağa çalışdığını, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan vermədiyini rəsmi Tehran görməzdən gəlir. Lakin İran tərəfindən Azərbaycanın Qələbəsinə qısqanclıq formatında, həm də Ermənistanı növbəti təxribatlara cəsarətləndirən müxtəlif mənbələrdə yer alan bəyanatların ardı-arası kəsilmir.
İran hazırda dünyada ən ləyaqətsiz dövlət siyasəti yürüdən ölkə imicini qazanıb. İslam İnqilabından cəmi 5 il sonra rəsmi İran dünyada “terroru və narkotrafiki dəstəkləyən ölkə” tituluna malikdir. Özünü dünyaya “İslam dininin daşıyıcılarından biri” kimi təqdim edən, lakin “zəhərli göbələklərin” hakimiyyətinə keçdiyi saatdan islam adına fasiləsiz olaraq ləkə gətirən İran bu günə qədər işğalçı Ermənistan ordusunu yanacaq-sürtgü materialları, dronlar, sursatlar və digər silahlar ilə təmin edir. Hərbi ekspert daha sonra xatırladıb ki, PUA operatorları İranda kurslara cəlb olunub, iranlı zabitlər isə Ermənistan ordusunda təlimlər keçiriblər. Bu təlimlərdə ehtimal olunan düşmən olaraq Azərbaycan Ordusu göstərilib. Bərəkallah olsun belə İslam dinin “daşıyıcısına”....
Ədalət Verdiyev daha sonra xatırladıb ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib 30 il ərzində sərhədlərimizi dəyişəndə Tehran rəsmilərinə görə bu beynəlxalq hüquqa zidd deyildi, çünki İranda bir nəfər də olsun dövlət adamı bu barədə bir dəfə də olsun səsini çıxarmırdı.
Amma Ermənistan Azərbaycanın ərazilərini işğal edib 30 il ərzində sərhədlərimizi dəyişəndə Tehran rəsmilərinə görə bu beynəlxalq hüquqa zidd deyildi, çünki İranda bir nəfər də olsun dövlət adamı bu barədə bir dəfə də olsun səsini çıxarmırdı. Amma Azərbaycanın Qarabağı, Zəngəzuru və tarixi ərazilərini erməni işğalından azad etməsi İran rəhbərliyinə ən yaxın olan rəsmilərin fasiləsiz hürməsi ilə nəticələnib.
İrana görə Azərbaycanın Qələbə qazanması, təslim olan işğalçını Zəngəzur dəhlizini açmağa məcbur etməsi beynəlxalq hüquqa ziddir.
Bəs işğalçı ölkənin hərbçilərindən Azərbaycan ərazilərində yerləşən 1 mərtəbəli evin 100, iki mərtəbəli evin 200 dollara alınması, sökülməsi və İrana daşınması beynəlxalq hüquqa zidd deyildimi?
Qarabağdan öğurlanan inşaat materailları ilə İran ərazisində tikilən evlər, məscidlərdə donuz saxlanılması İranın “daşıyıcısı olduğu” İslam dininə görə haram deyildimi?
İranın ali dini rəhbəri Xomneyni müşaviri Əli Əkbər vilayətinin bu günlərdə “Azərbaycan xalqı gözümüzün nurudur”-, deməsi isə molla rejiminin növbəti siyasi manevrinin təzahürüdür. Ermənistan Fransa ilə bacı olduğu kimi, İranla da bacı olduğunu dəfələrlə sübut edib.
Hazırladı: Tahirə AĞAMİRZƏ