“Nəzərə almaq lazımdır ki, arıtq Azərbaycanın ortada mütləq qələbəsi var. Bu qələbə eyni zamanda dünyanın super gücü tərəfindən də qəbullanıb və təsdiqlənib. Erməni kilsəsi, erməni müxalifəti nə etməsindən asılı olmayaraq bu reallıq dəyişməyəcək. Digərr tərəfdən Ermənistanın özünün daxilində də vəziyyətin köklü şəkildə dəyişəcəyi, yaxud Paşinyanın geri addım atacağı o qədər də ağlabatan görünmür. Düzdür, Paşinyan indi kilsə qarşısında üzr istədi. Amma bu texniki bir məsələ idi. İşlətdiyi ifadələrə görə üzr istədi və o kilsə ilə mübarizəsindən və yaxud da ki, indi yaranan status-kvo şəraitində özünün sülh əldə etdiyi qənaətindədir. Bu qənaətindən də geri çəkiləcəyi ağlabatan görünmür”.
Tahirə AĞAMİRZƏ