22.11.2024, 19:26
AZ EN
21.02.2023, 14:10 235

Ermənistan Qərblə Rusiya arasında vurnuxur

YAZILAR
  • Qeyri-seçki layihələri qrupunun rəhbəri Vahe Hovanesyan Münhendəki olaylara münasibət açıqlayıb və bununla bağlı paylaşdığı məqalədə bildirib ki, Qərblə Rusiya arasında episentrə çevrilən Ermənistan fəlakətin astanasındadır.

"Bizə qarşı hazırlananlar milli hanniballizmdir. Daxili anlamda "arsax"ı məhv edib qalanlarının tox yaşaması deməkdir...İnanılmaz olsa da bunlar faktdır. İrəli getmək üçün, gələcək üçün başqa seçim qalmayıb.

Bu Ermənistanda liderin olmamasının nəticəsidir.

Nikol Münhendə danışdı, onu ələ salıb güldülər. O, kresloda yayxanıb "Nairi ölkəsi" kitabını oxusaydı, nəsə dəyişəcəkdimi? Yox!”, - deyə Ermənistandakı hakimiyyətin siyasəti nəticəsində ölkənin Rusiya və Qərb arasında siyasi poliqona döndüyünü və belə savam edərsə, hərbi poliqona da çevriləcəyindən məyus olan erməni 9 noyabr bəyanatı ilə bağlı da fikir bildirib və deyib: "9 noyabrdan sonra inkişaf üçün bir neçə ssenari var idi. Amma bizim  elitaların aşağı səviyyəsinə və səhvlərimizə görə bu mümkün olmadı....faciənin dayandırılmasının yeganə yolu yeni məzmunlu mübarizə və yeni menecment variantından asılıdır".

Göründüyü kimi, bir çox haylar kimi, o da danışıqların uzadılması üçün yeni variant axtarışındadır. Bu məqamda bir daha vurğulamaq lazım gəlir ki, hayları yalnız yumruqla başa salmaq olur.

Nəsib

Oxşar xəbərlər