23.06.2025, 05:12
AZ EN
05.01.2024, 11:46 315

Fransız mer erməniləri sevindirir

YAZILAR

Dünya şöhrətli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın abidəsinin götürüləcəyi barədə qərar ermənilərin sevincinə səbəb olub və bu qeyri-insani münasibət mediada da özünə yer alıb. Tanınmış müxalif tribunası olan "Hraparak" sözügedən məsələyə sırf erməni bicliyi ilə münasibət göstərib bunu alqışlamağa da son vaxtlar fəallaşan ARM NewsHour-un sakinlər arasında apardığı mini sorğular fransızların antitürk mədəniyyətsizliyinin ermənilər tərəfindən dəstəkləndiyini və hətta sevinclə qarşılandığını isbatlayır. Bu qərarı ermənilərə dəstək kimi də dəyərləndirən Çavuşyan adlı erməni qadın isə həmin yerdə 1988-ci ildə İrəvanda yaradılmış separatçı "Qarabağ" komitəsinin ideoloqlarından olan şovinist şairə, həyat yoldaşını intihara məcbur edən Silva Kaputikyanın heykəlinin qoyulmasını təklif edib. Bütün sahələrdə etnik mentalitetlərini göstərərək dünya sivilizasiyasına qarşı çıxan hayların məhz Xurşidbanu Natəvanın "Məclisi-üns" şairlər məclisinə nümayəndə göndərərək poetik qaydaları mənimsəməyə çalışmalarına da ermənisayağı qiymət verən bu xəstə tayfanın başbilənləri unudublar ki, kimin necə danışmasından asılı olmayaraq Natəvan təkcə poeziyası ilə deyil, həm də şəxsiyyəti ilə daim zirvədədir və heç bir zibillik qarğası onu oradan aşağı salmağa qadir deyil.

N.Qaramanlı

Oxşar xəbərlər