Sabiq deputat deyib ki, 1918-ci ildə Ermənistanın ərazisi heç 10 min kvadrat kilometr deyildi və bunun da itirilməsi gözlənilirdi. Qərb isə heç bir yardım etmirdi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan və dekabrın 2-də Gümrüdə Türkiyə ilə imzalanmış müqavilədən sonra haylar 3 dəfədən də artıq ərazi əldə etdilər. Həmin dövrdən də Gümrüdə 102 saylı hərbi baza yerləşdiyini xatırladan sabiq deputat etiraf edib ki, Ermənistan Qərbin deyil, məhz Rusiyanın sayəsində mövcudluğunu saxlaya bilib.
Baş nazir Nikol Paşinyanı Qərbin maraqlarına uyğun hərəkət etməkdə günahlandıran E.Şarmazanov əlavə edib ki, əgər sabah Ermənistana kimsə hücum edərsə, Qərb yenə də bəyanatlarla kifayətlənəcək. Amma həqiqət budur ki, Qərb, xüsusilə Fransa 44 günlük müharibədə haylara həm canlı, həm də silah-sursatla kömək edib və bu indi də davam edir. Paşinyanın 2017-ci ildə deputat olarkən ATƏT-in missiyasından imtina etmək barədə çıxışını xatırladan bu sarkisyançı sabiq spiker müavini 2018-ci ildən sonra siyasi ab-havanın getdikcə dəyişməsini və Qərbə üz tutulmasını bütün problemlərin daha da dərinləşməsinə gətirib çıxaracağı qənaətindədir. O, deyib ki, əgər Qərb və ABŞ Güney Qafqazda da öz maraqlarını tam təmin etmək istəyirsə Rusiya buna imkan verməyəcək və Ermənistan yalnlz 1918-ci ildəki 10 min kvadrat kilometr əraziyə sahib olacaqdır. Təki belə olsun! Zəngəzur, Göyçə, Qaraqoyunlu yolumuzu gözləyir!
Nəsib Qaraqoyunlu