10.03.2025, 16:24
AZ EN
10.03.2025, 11:58 129

"Qarabağ" klanı dağılır

YAZILAR
  • "Hraparak"da imzası ilk dəfədir görünən Tiqran Vahane adlı hay yazıb ki, Hayastanın ikinci və üçüncü prezidentləri ikisi də "Qarabağ" klanındandır və ikisi də iki dəfə seçilib.Hakimiyyətdə olduqları vaxt isə ən çox öz həmyerlilərinə vəzifə verdiklərinə görə narazılıqlar yaranıb.

Nəhayət xalq inqilab edərək məşhur jurnalist  Nikolu hakimiyyətə gətirib. Bununla razılaşmayan "Qarabağ" klanı artıq 7 ildir ki, müxtəlif yollarla aranı qataraq yenidən hakimiyyəti ələ almaq istəsə də çoxluq bunun əksinədir. Koçaryanla Sarkisyan isə hələ yeniyetmə vaxtlarından ünsiyyətdə olsalar da indi bir-biri ilə hətta danışmırlar və aralarındakı bütün körpülər yanıb.

Əlavə olunub ki, onların Qarabağdan köçən haylar arasında da nüfuzları yox olmaqdadır. Buna əsas səbəb isə belə demək olarsa, közü öz qabağına çəkməsidir. Yaşları 70 ötsə də bəzən psixi xəstə sayağı proqnoz verən bu qatillərin tezliklə siyasətdən uzaqlaşmalarının vacibliyini vurğulayan müəllifin araşdırmalarına görə, belə davam edərsə, sözügedən klan tam sıradan çıxacaqdır.

Nəsib

Oxşar xəbərlər