Qeyd edək ki, bundan öncə Qazax istiqamətində eksklad olmayan Azərbaycan əraziləri uğurla geri qaytarıldı.
“Hesab edirəm ki, digər istiqamətlərdə də, yəni eksklad olan Azərbaycan ərazilərinin də Azərbaycanın nəzarəti altına keçməsi məsələsində Azərbaycanın haqlı mövqeləri mütləq şəkildə qalib gələcəkdir”.
Bunu siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu “ARB24”-ə açıqlamasında deyib.
O, bildirib ki, Ermənistan rəsmlərinin, elə baş nazir Paşinyanın da o vaxt vermiş olduğu bəyanatlarda biz görürük ki, Ermənistan başqa bir yol görmür: “Əgər həqiqətən də Azərbaycanla sülhün imzalanması ritorikasına Ermənistan zaman-zaman üstünlük verirsə, əsas şərtlərdən biri sərhədlərin müəyyənləşdirilməsindən ibarətdir. Azərbaycanın bütün ərazilərinin Azərbaycanın nəzarəti altına keçməsindən ibarətdir”.
Tahirə AĞAMİRZƏ