Oktyabrın 6-da “Hraparak” media qrupu öz saytında politoloq Sergey Şakaryanın “Ermənistandan sonra növbə İranındır” sərlövhəli yazısını dərc edib. S.Şakaryan həmkarlarından fərqli olaraq bildirir ki, Ermənistanın bu və ya digər ölkədən, xüsusilə NATO ölkələrindən kömək istəməsi reallıqla uyğun gəlmir. Çünki NATO əsasən öz maraqlarını güdür və başqalarına verdiyi sözü öz marağına uyğun olmadıqda tez unudur. Gürcüstanın buna bariz nümunə olduğunu bildirən S.Şakaryan onu da vurğulayır ki, NATO-da əsas söz sahibi olan üç dövlət var: ABŞ, İngiltərə və Türkiyə. Türkiyənin söz sahibi olmasının əsas səbəbini R.T.Ərdoğanın şəxsiyyətində gördüyünü politoloq etiraf edir ki, Ərdoğan bəzən Türkiyənin marağı ilə uyğun gəlmədiynə görə NATO ölkələrini cddi tənqid edir və çox vaxt da öz istəyinə nail olur. R.T.Ərdoğanın təkcə Türkiyənin deyil, həm də bütün türk xalqlarının, etnoslarının lideri olduğunu vurğulayan S.Şakaryan bir neçə faktla sübut etməyə cəhd göstərir ki, Qarabağla bağlı məsələlər məhz Ərdoğanın vasitəsilə həllini tapacaqdır. Qarabağın Azərbaycanın ayrılmaq tərkib hissəsi olduğunu dəfələrlə NATO-nun yığıncaqlarında açıq-aşkar bildirən Ərdoğanın komanda üzvlərinin Azərbaycana səfərlərinin də erməniləri məyus etdiyini deyən politoloq Ermənistanın mənafeyinə uyğun fəaliyyət göstərən yeganə dövlətin İran olduğunu hər yerdə söylədiyini də vurğulayır və təəssüf hissi ilə bildirir ki, Ermənistandan sonra İranda siyasi və iqtisadi böhran olacaq. O, bunun əsas səbəbini NATO ölkələri, xüsusilə ABŞ və İngiltərənin hegemonluq arzularında görür. Erməni politoloq belə nəticəyə gəlir ki, Ermənstanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan, Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasından sonra NATO-nun İrana qarşı planının həyata keçirilməsinə başlanılacaqdır. O, bütün erməniləri NATO-nun sözlərinə inanmamağa çağrır və məyusluqla bildirir ki, Ermənistanda haklimiyyətdə kimin olmasına olmayaraq heç vaxt arzu edilən dövlət mövcud olmayacaq.
Nəsib QARAMANLI