21.12.2024, 19:02
AZ EN
19.04.2024, 11:24 548

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir

YAZILAR
  • “İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm  strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək”.

Bunu “Xəzər-Xəbər”ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə,  Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi prosesi yekunlaşdıqdan sonra Xocalı aeroportu boşaldılacaq: “Bildiyiniz kimi, rus kontingenti artıq Azərbaycan ərazilərindən çıxarılması üçün razılıq əldə olunub və  bu proses davam edir. Nəzərə almalıyıq ki, Xocalı aeroportu ərazisində  sülhməramlı funksiyanı yerinə yetirən  Rusiya Müdafiə Nazirliyinin  15-ci motatıcı briqadasının qərargahı yerləşirdi. Yəni komandanlıq və idarəetmə orqanları, hamısı bu ərazidə yerləşir. Düşünmürəm ki, Xocalı aeroportu ilk növbədə boşaldılacaq. Çünki orda idarəetmə orqanları bu çıxarılma prosesini idarə etməlidir. Lakin zamanı gəlincə maksimum bütün qüvvələrin, rus kontingentinin sentyabrın əvvəlinə qədər ərazilərimizdən çıxarılacaq”.

Ekspert daha sonra vurğulayıb  ki, Xocalı aeroportu bir neçə rayonun ərazisinə yaxın olduğuna görə xüsusi əhəmiyyətə malikdir. Sözügedən məkanın  yükdaşıma üçün də  böyük potensialı var: “Amma Xocalı aeroportu bilirsiniz ki,  Azərbaycanın, eyni zamanda  həm Xankəndi, həm Ağdam, həm Əsgəran  rayonlarının və qəsəbələrinin ərzisinə yaxın olduğundan bizim  üçün həm bərpa-quruculuq, həm də təhlükəsizlik məsələlərində kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Bundan sonrakı müddətdə rus kontingenti çıxıb gedəcək, ondan sonra biz Xocalı aeroportunda zəruri olan fəaliyyətlərimizi, modernləşdirmə və imkanlarının, bəlkə də, genişləndirilməsi baxımından fəaliyyətlərimizi tamamlayıb onu da Azərbaycan vətəndaşlarının istifadəsinə verəcəyik”.

Ekspert daha sonra əlavə edib ki,  Xocalı aeroportunun  texniki imkanları da genişləndiriləcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR