19.04.2025, 14:13
AZ EN
20.08.2024, 17:11 216

Hay həyasızlığı yeni ampulada

YAZILAR
  • Erməni şairi Yeğişe Çarensin dediyi kimi, qorxaqlığı, tənbəlliyi, naşükürlüyü hələ ana bətnində ikən öyrənən hayların başqalarının hesabına dövlət qurmaları da hamıya yaxşı məlumdur.

Bu gün Azərbaycanın qərbində adı Hayastan, özü politoloq Suren Surenyanın etiraf etdiyi kimi, Qərbin əlində maşaya dönən erməni dövlətinin işğalçılıq əməlləri dəmir yumruqla tarixin zibilliyinə atıldıqdan sonra da utopiyalara rəvac verməsi də bu günün reallığıdır. Bu daşnakların mərkəzi qurumunun üzvü, deputat  İşxan Sağatelyanın "Hraparak"ın bu günkü paylaşımında da özünü tam təsdiqləyir. 2021-ci ilin sentyabrından 2022-ci il martın sonunadək müxalifətin etiraz aksiyalarına başçılıq etdiyinə, demək həm də parlamentin iclaslarında iştirak etmədiyinə görə sədrin müavini vəzifəsindən qovulan İşxan Sağatelyan Azərbaycanın paytaxtında keçiriləcək COP29 beynəlxalq tədbiri ilə bağlı açıqlamasında təkcə siyasi deyil, həm də mənəvi eybəcərliyini göstərib. O, yazıb ki, sözügedən beynəlxalq tədbirdə nəinki Ermənistanın dövlət başçısı, ümumiyyətlə, heç bir erməni nümayəndə iştirak etməməlidir. Əlavə edib ki, orada Azərbaycanın dostları ətraf mühitə iqlim dəyişikliklərinə görə Ermənistana tənqidi fikirlər səsləndirəcək, "Metsamor" AES-in bağlanmasını tələb edəcəklər və s. Daha sonra isə əsl hay həyasızlığı ilə bildirib ki, Bakıda istintaq təcridxanasında olan erməni separatçıları buraxılarsa, həmin tədbirdə iştirak etmək olar. İqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi ilə separatçılığın, terrorçuluğu, on minlərlə dinc sakinin, o cümlədən körpələrin amansızcasına qətlə yetirilməsini ayırd edə bilməyən, amma dünyadan "ədalət tələb edən" bu hayın həyasızlığının hansı meyarla ölçülməsi isə, əlbəttə, mümkün deyil. Bu sadəcə köhnə hay həyasızlığının yeni ampulada olduğunu, mənbəyinin isə Qərbdəki bacılarından gəldiyini yenidən isbatlayır. O ki, qaldı hayların COP29-da iştirak edib etməyəcəyinə, bu heç nəyi dəyişən deyil. Çünki, bir vaxtlar haylara, separatçılara dəstək verən rus deputat Konstantin Zatulinin də etiraf etdiyi kimi, Ermənistan ölü dövlət statusundadır, Azərbaycan isə bütün sahələrdə uğur müəllifidir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR