Ermənistanın «Lurer.com» informasiya agentliyinin mayın 20-də saat 11-də yaydığı videoçarxdan görünür ki, «Dirəniş» hərəkətanın və ümumi müxalifətin xeyli nümayəndəsi Bağramyan prospekti boyunca «Nikol satqındır», «Nikolun xalqdan mandatı yoxdur» şüarları altında irəliləyərək Litva prezidentinin Ermənistan prezidenti Vahaqn Xaçaturyanla görüşü zamanı diqqəti özlərinə cəlb etmək istəyirlər. Müxalif deputat Geğam Makunyan səsgücləndirici ilə Ermənistan hakimiyyətinin və Nikol Paşinyanın xalqdan mandat almadığını dəfələrlə təkrarlayaraq bu gün imzalanacaq hər hansı sənədin heç bir hüquqi əsası olmadığını bildirib. Bununla bağlı yazılmış şərhlərin birində deyilir ki, ermənilər Avropa İttifaqının sözükeçən üzvü olan Litva Prezidenti qarşısında özlərini gülünc vəziyyətə saldılar.
Xatırladaq ki, Litva prezidenti Gitanas Nauseda Cənubi Qafqaza səfəri çərçivəsində mayın 18-də Azərbaycanda səfərdə olub.
Nəsib QARAMANLI