22.11.2024, 03:16
AZ EN
18.04.2024, 15:53 289

Sevinc Osmanqızı, kənardan nə qədər miskin göründüyünüzdən xəbəriniz varmı?!

YAZILAR
  • Hər zaman Azərbaycanın düşmənləri ilə əlbir olub ölkəmizə şər və böhtan atma kampaniyasının önündə gedən soyadları soyadlarımızdan olan bəzi xəyanətkarlar 44 günlük müharibədə Azərbaycanın şanlı qələbəsini həzm edə bilmədilər. Nə dövlətimizə, nə millətimizə, nə də ki, sinəsini düşmən gülləsinə sipər edib adını tarixə qanı ilə yazan şəhidlərimizə sayğı duydular.

Belələri dünyanın o biri başında oturub ağalarından aldıqları qrantlar hesabına ölkəmizin hər bir uğuruna kölgə salmağa cəhd etdilər. Bir zamanlar Qarabağın işğaldan azad edilməyəcəyinə "əminliklərini" ifadə edənlər Rusiya sülhməramlı kontingentinin də Azərbaycanda ömürlük qalacağına inanır və bu sevinclərini gizlədə bilmirdilər.

Bu gün isə Rusiya sülhməramlılarının Qarabağ torpağından çıxarılması həm xarici, həm də daxili düşmənlərimizin arzusunu gözündə qoydu.

Saqqızı qurtaranda qır çeynəyən Sevinc Osmanqızı, kənardan nə qədər yoxsul, miskin, çirkin göründüyündən xəbəriniz varmı?!

Hələ də sənə çatmır ki, Azərbaycanın xarici siyasət strategiyası doğru qurulan strategiyadır.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nəyi nə zaman edəcəyini indi anladınmı?!

Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması onu sübut etdi ki, artıq bütün dünya Qarabağın Azərbaycanın ayrılmaz və suveren tərkib hissəsi olduğunu qəbul edib.  Azərbaycanın sülh tərəfdarı olduğu da dünyanın diqqətindədir.

Sevin Osmanqızı, ağzından çıxan sözə diqqət et!..

"Bravo"nu nökəri olduğun ağalarına deyə bilərsən ancaq!

AZƏRBAYCAN PREZİDENTİNİN sənin kimisinin “bravo”suna ehtiyacı yoxdur!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR