20.04.2025, 06:21
AZ EN
24.01.2024, 19:31 325

Bakı İrəvandan müstəqil yanaşma gözləyir

YAZILAR
  • Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hazırda nə mane olur. Əgər tərəflər razılığa gələ bilmirlərsə, demək ki, konkret məsələlərdə hələ də fikir ayrılığı mövcuddur.  Öncə ona aydınlıq gətirməliyik ki, sərhədlərin delimitasiyası bura aid deyil. Çünki bu proses sülh müqaviləsinə bağlı deyil, müqavilədən əvvəl və illər sonra da müəyyənləşə bilər. Geriyə, önə çıxan əsas faktor qalır Zəngəzur dəhlizi. Cəmi 40 kilometrdən bir az artıq uzunluğunda olan yolu tikməmək bəhanəsi ilə Ermənistan artıq sülh prosesini dalana dirəmək niyyətinini büruzə verir. Qlobal ticarət sisteminə qoşulmaq üçün özünə də lazım olan bu dəhlizin əhəmiyyətini o, hələ ki, anlamır.

Bir də bu dəhlizi ora-bura dartışdırıb öz mənafelərini gündən qeyri-Cənubi Qafqaz gücləri var. Sülhə gedən yolun uzanmasında onlar bir o qədər çox məsuliyyət daşıyırlar. 2023-cü ilin sonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı ehtimallar çox güclü idi. Lakin İrəvanın ardıcıl siyasət yürütməməsi, ayrı-ayrı geopolitik aktrların regionda sülh prosesinə qoşulmaq cəhdi prosesin məntiqi ilə bağlı ümumi məsələni bir qədər zədələdi. Bu barədə politoloq İlyas Hüseynov "Real"a verdiyi şərhdə bildirib. Ekspertin sözlərinə əsasən ikitərəfli formatda görüşlər, danışıqlar və sülh müqaviləsinin imzalanması üçün hələ də imkanlar mövcuddur: "Lakin biz görürük ki, Cənubi Qafqazda diplomatik siyasi sahədə də mübarizə gedir. Rusiya ilə Qərb arasında biz bunu açıq şəkildə görürük. Avropa İttifaqı sanki prosesdən kənarda qalır. Avropa İttifaqı qərəzli münasibətilə özünü bu prisesdən kənarlaşdırır. ABŞ isə müstəqil geopolitik aktr kimi burada öz təşəbbüslərini irəli sürür. Normallaşma istiqamətində öz niyyətlərini daha da gücləndirməkdədir və belə görünür ki, 2024-cü il ərzində Rusiya ilə ABŞ arasında siyası mübarizə daha da güclənəcək".

Bütün bu proseslərin fonunda Fransa özünü açıq-aşkar sülh istəməyən qüvvə kimi aparır. Bunun üçün Parisin motivlərini başa düşmək o qədər də çətin deyil.  Qarabağ məsələsinin həll olması ilə Azərbaycana qarşı təzyiq rıçaqlarını itirən fransızlar indi gah nala vururlar, gah da mıxa.

Politoloq daha sonra əlavə edib ki, Fransa da həmişəki kimi özünü Cənubi Qafqazda tapmaq axtarışındadır: "Ermənipərəst mövqeyini də gizlətmir, bunu açıq-aşkar büruzə verir. Fransa senatının həqiqətdən uzaq və Azərbaycana yönəlik islamafob, türkəfob yanaşması təkrarən özünü göstərir. Eyni zamanda Makronun hərbçilər qarşısında çıxışı və digər ayrı-ayrı rəsmilərin buna oxşar bəyanatları, Ermənistanı silahlandırmaq cəhdləri şübhəsiz ki, revanşizm dalğasını gücləndirir və artıq Fransa özünü vasitəçi kimi görməyincə, radikal və aqressiv yanaşma sərgiləyir".

Politoloq İlyas Hüseynov daha sonra xüsusi vurğulayıb ki, kənar oyunçuların təsiri olduğu müddətdə sülhə nail olmaq da bir o qədər çətinləşəcək. İndiki zamanda konstruktiv olmaq vacibdir. Yəni Azərbaycan Ermənistandan müstəqil yanaşma gözləyir. Bakı anlayır ki, imzalanacaq sülh müqaviləsi ikitərəfli əsaslarda əldə olunmalıdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər