11.07.2025, 23:36
AZ EN
15.01.2024, 16:00 331

Erməni spiker terrorçu kimi danışdı

YAZILAR

"Hraparak"ın bugünkü sayında Ermənistan parlamentinin iclası barədə bir neçə material yayılıb. Spiker Alen Simonyanın fasilə zamanı jurnalistlərə verdiyi qısa müsahibədə isə onun spiker deyil, revanşçı olduğu qənaətinə gəlinir. O, Azərbaycanın ünvanına reallıqdan uzaq ifadələr səsləndirərək deyir ki, qonşu ölkənin mətbuatı İrəvanın və digər yerlərin Azərbaycan ərazisi olduğunu daim vurğulayır və növbəti müharibəyə hazırlıq gedir. Ermənilər isə Qarabağ və Naxçıvanın Ermənistan ərazisi olduğunu 30 ildən çoxdur ki, daha çox qabardır, bu deyimlər isə sülh, əmin-amanlıq üçün şərait yaratmır. Erməni spiker daha sonra əlavə edib ki, indi əsas məsələ ordunu gücləndirməkdir ki, qonşumuzun növbəti hücumundan yeni ərazi itirməyək. Bu və digər ifadələr belə qənaətə gəlməyə əsas verir ki, ermənilər sülh müqaviləsinin imzalanmasında maraqlı deyil, əksinə ordunu gücləndirmək bəhanəsi ilə yeni təxribatlara hazırlaşırlar. Görünür, bu dəfə daha ağır zərbə almağa tələsirlər.

N.Qaramanlı

Oxşar xəbərlər