24.04.2025, 10:13
AZ EN
09.01.2025, 11:08 267

Ermənistan yeni münaqişə ocağı yaratmaq niyyətindədir

YAZILAR
  • Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində bunker və beton tipli hücum istehkamları inşa etməsi gündəmdə müzakirə olunan məsələlərdəndir. Ermənistanın sürətlə silahlandırılması, sərhəddə istehkamlar inşa etməsi yeni müharibəyə hazırlıq tədarükünün görülməsindən xəbər verir.

Bəzi ekspertlər düşünürlər ki, Ermənistan sülh danışıqları adı altında yeni eskalasiyaya hazırlaşır.

Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistanın birinci eşalon bölmələri Azərbaycanla şərti sərhədlərdə fəaliyyətlərini aktivləşdiriblər:

“Burada iki nüans var. Birincisi, uzun müddətdir ki, Laçın istiqamətində sakitlik müşahidə edilirdi. Yeni ilin başlaması ilə artıq Ermənistan atəşkəsi pozmağa başlayıb. İkinci isə Naxçıvan istiqamətində bunker və beton tipli hücum xarakterli istehkamlar inşa etməsidir. Həmçinin silahlanmanı 2024-ci ildə maksimum həddə çatdırması buna nümunədir. Ermənistan sülh sazişini imzalamaq, Cənubi Qafqaza sabitliyin gətirilməsində maraqlı deyil”.

 Hərbi ekspert Ermənistanı sülh sazişinin imzalanmaması və şərti sərhəddə revanşist fəaliyyətləri həyata keçirməkdə cəsarətləndirən qüvvələrin olduğunu vurğulayıb:

“Beləliklə, yeni münaqişə ocağı yaratmaq istəyirlər. Ermənistan ərazisində fərqli qütblərə aid güclərin nümayəndələrinin olduğu da məlumdur. Sürətli silahlanma var, yekun sülhün əldə edilməsinə razılıq yoxdursa, deməli, Ermənistanın başqa bir planı var. Atəşkəs rejimi sülh sazişinin imzalanması və yaxud da müharibəyə səbəb ola bilər. Rəsmi İrəvan ikincini dəstəkləyir və  düşünürəm ki, 2025-ci ildə növbəti müharibə ocağının yaradılmasına çalışacaq”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər