"Hraparak" xəbər verir ki, sentyabrın 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Yuri Kimlə telefon danışığı olub. Erməni nazir 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanat və beynəlxalq ədalət məhkəməsinin iki qərarı ilə bağlı danışaraq Azərbaycanın əleyhinə təxribat xarakterli fikirlər səsləndirib. Qarabağdakı hayların guya etnik təmizləməyə məruz qalmasını xüsusi vurğulan erməni nazir yenə də beynəlxalq qurumlara və ABŞ-a müraciət edərək onları haylara dəstəkçi olmağa çağırıb.
Nəsib