Lilit Tumanyan "onlar izah etsinlər bilək, Qaregin Xumaryan öz baxışlarını İctimai radioya necə sirayət etdirir?... İctimai radionun direktoru dövlət qulluğu deyil, ictimai vəzifədir. Dövlətin rəsmisinin ona göstəriş vermək hüququ yoxdur. İctimai radioda şura yoxdur, onun rəhbəri heç kəsə tabe deyil ki, nəyi etsin, nəyi etməsin”, - deyə jurnalistlərin basqı altında işlədiyini, iqtidarın onlara göstəriş verdiyini xatırladıb və vurğulayıb ki, belə şəraitdə demokratik dəyərlərdən danışmaq gülüş doğurur.
Hökumətin əlaltısı olan jurnalistlərin həm də biznesmen olduğuna dair faktlar sadalayan Satik Seyranyan isə deyib: "Gəlin baxaq görək ölkədə nə normaldır? Heç nə!
5 mindən artıq qurban verdik ki, hakimiyyət yeni qurbanlar hesabına iqtidar sükanı arxasında otursun? Ermənistanı bütün qonşularla düşmən edənlərin hakimiyyətdə olması normaldır? Ermənistan ağır sosial, iqtisadi vəziyyətdədir. Dövlətçilik ideologiyası, ermənilik ideologiyası hakimiyyətin əliylə çətin duruma düşməkdə davam edirsə, bu normaldırmı?". O, daha sonra erməniliyini də sübut edib. Deyib ki, guya soydaşları Qarabağdan zorla qovulub və s.
Aram Abrahamyan isə deyib ki, KİV-lərin müşahidəçi qismində olmasında pis heç nə yoxdur. Ona görə ki, KİV dövlət qurumu deyil. Qaregin Xumaryanın gec-tez işdən azad edilməsi baş tutacaq. Hakimiyyət hər şeyi yuyub təmizləyə bilməz.
Hər 3 media nümayəndəsi belə davam edərsə, müxalif fikirli yazarların da ölkəni biryolluq tərk edəcəklərini istisna etməyiblər.
Yerigəlmişkən, haylara havadarlıq edən beynəlxalq qurumlar Azərbaycan əleyhinə uydurmalar, təxribatlar müəllifi olmaqdansa Ermənistanda heç olmasa söz azadlığı ilə məşğul olsalar, haylara daha çox fayda vermiş olardılar.
Nəsib Qaramanlı