22.11.2024, 00:37
AZ EN
16.05.2023, 13:48 277

Müxalifət Paşinyanı yenə vətən satqını adlandırır

YAZILAR
  • Konstitusiya üzrə mütəxəssis Vartan Poğosyan "Hraparak"ın müxbiri Koryun Simonyanla söhbətində növbəti dəfə baş nazir Nikol Paşinyanı və komandasını xalqa zidd fəaliyyət göstərməkdə suçlayır.

O, belə bir sərsəm fikir söyləyir ki, Şarl Mişelin mətbuata açıqlamasından sonra Paşinyanın hansısa dövlətin ərazi bütövlüyünü tanıması barədə fikir bildirməsi düzgün deyil. Özünü konstitusiyaşünas adlandıran Vartan daha sonra 1988-ci ildə başlayan separatçı hərəkat nəticəsində hayların özlərinə terrorçu rejim yaratmasına haqq qazandıraraq, onların guya müstəqil konstitusiyaya da, Ermənistanla müqaviləyə də malik olduğunu həyasızcasına bildirir.

Separatçı rejimin rəhbərlərini vətənpərvər, Paşinyanı vətən satqını adlandıran bu üzdəniraq mütəxəssisin açıqlamasındakı “fikirlər" deməyə tam əsas verir ki, onun yeri siyasi kürsü yox, Karvansaradakı (ermənilər İcevan adlandırır) psixi dispanserdir. Bəlkə, bir az sağala.

Nəsib

Oxşar xəbərlər