22.11.2024, 13:11
AZ EN
27.04.2022, 16:30 474

Ermənilərin erməniliyi, Paşinyanın “türklüyü”...

XƏBƏRLƏR

Nikol Ermənistanın məğlubiyyət rəmzidir

Politoloq Vaxtanq Sıradeğyan «Hraparak» qəzetinə verdiyi müsahibədə deyib ki, «Ermənistanın baş naziri postunu tutan Nikol Paşinyan məğlubiyyət rəmzidir». O, ölkədəki mövcud durumu şərh edərkən əlavə edib ki, istər dövlət başçısı, istərsə də adi ailə başçısı olsun, heç bir kişi özünün məğlubiyyəti ilə qururlanmaz. Əksinə, başını aşağı dikib xəcalətli olduğunu hiss elətdirər. Əgər hardasa, məsələn, ailədə, təhsil ocaqlarında məğlubiyyətdən qururlanan adam varsa, onlar mütləq həkimlərin nəzarəti altında olmalıdırlar. Müəllif ölkədəki mövcud siyasi durumun getdikcə gərginləşməsində də N.Paşinyanın günahkar olduğunu bildirir və bununla bağlı öz fikrini əsaslandırır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində Paşinyanın söylədiyi fikirlərin heç birinin erməni xalqnının mənafeyinə xidmət etmədiyi iddiasında olan V.Sıradeğyan xüsusi vurğulayır ki, Nikol Paşinyanın tezliklə vəzifədən getməsinə nail olmaq lazımdır ki, xalq köhnəlmiş «metalloma» çevrilməsin.

 

Nikolizm qalib gələcəkmi?

Ermənistanda etiraz mitinqləri başlayandan indiyədək Nikol Paşinyan haqqında müxtəlif terminlər də icad edilir. Belə ki, Aşot Mirzoyan Nikolu və onun komandasını «nikolizm» termini ilə xarakterizə edərək yazır: «Bir təhlükə görürəm: nikolizm təhlükəsi. Nikolizm öz bəsitliyi və eybəcərliyi ilə xalqı bir neçə yerə ayırmaqla müxalifəti zəiflədib sıradan çıxarmaq istəyir». Türkiyənin Prezidenti R.T.Ərdoğanın 1915-ci ildə həlak olmuş ermənilərin xatirəsinə ehtiram göstərdikləri barədə fiikrləri ilə Paşinyanın dediklərinin tam üst-üstə düşdüyünü bildirən müəllif «soyqırımı» günündə Türkiyənin və Azərbaycanın bayraqlarının yandırılmasına da münasibət bildirib. Qeyd edib ki, həmin dövlətlər beynəlxalq qurumlar tərəfindən tanınıblar və ikisi də bir neçə beynəlxalq təşkilatın üzvləridir. «Biz onların bayraqlarını yandırmaqla həmin təşkilatların statusunun və ideyalarının əleyhinə olduğumuzu sübut edirik», - deyə o, belə bir qeyri-insani təklif irəli sürür: «Həmin bayraqları yandırmaq lazım deyildi, yandırmaq əvəzinə onları ya «soyqırım abidəsinə» uznan yola döşəmək lazım idi ki, oraya gələnlər ayaqlayıb keçsinlər, ya da həmin bayraqları 10 sm hündürlükdə başıaşağı qoyaq ki, beynəlxalq təşkilatlar bayraqları yandırmaq olmaz deməsinlər».

Görəsən, biz İrəvanı alanda və əsgərlərimiz öz çəkmələrini erməni bayrağı ilə siləndə beynəlxalq qurumlar nə deyər?

 

Spikerin qaynanası gileylənir

Ermənistan parlamentinin sədri Alen Simonyanın qaynanası Armine Ohanyan baş yazarı olduğu «Hraparak» qəzetində dərc olunmuş «Axıracan silib atmaq lazımdır» sərlövhəli məqaləsində ölkədəki mövcud durumu şərh edib. O yazır: “...ümummilli mənafeyə görə hamımız əlbir, həmrəy olmalıyıq. Amma biz gündən-günə bir-birimizdən daha da uzaqlaşırıq. Hazırda erməni cəmiyyətində vahid ideya və siyasi nəzəriyyə mövcud deyil. «Artsax» və «soyqırımı» məsələsində də cəmiyyətimiz bir-birini inkar mövqeyindədir. Düşmənə qarşı münasibət isə elə dəyişib ki, insanlar türkü və azərbaycanlıları bağışlamağa, onlarla dost və qohum olmağa hazırdırlar. Elə düşünürlər ki, 1915, 2020-ci illərdə baş verənlər faciə deyil, adi olaylardır. Onlara elə gəlir ki, bizi tariximizə ehtiram fonunda birləşdirirlər. Bizi elə yaşamağa alışdırmaq istəyirlər ki, hər şeyi - «artsaxı» da, «soqırımı»nı da, qırğınları da unudaq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşayaq, sərhəddə isə cəmi bir neçə sərhədçi dayansın, heç ordumuz da olmasın. Yollardan isə milliyətindən asılı olmayaraq hər kəs istifadə etsin. «Artsax»a getməyi məqbul hesab etməyək, yalnız Tauş və Loriyə getməklə kifayətlənək».

 

Sabiq deputat iqtidarı heyvan adlandırdı

Ermənistanın AŞPA-dakı sabiq nümaynədəsi, vaxtilə cəmiyyətdə ən qətiyyətli qadın jurnalist imici qazanmış Naira Zöhrabyan aprelin 27-də feysbuk hesabında etdiyi paylaşımı «iqtidardakılar, siz heyvansınız!» xitabı ilə başlayıb. O daha sonra qeyd edib ki, bir neçə ay əvvəl Nikol Paşinyan velosipedlə Azadlıq meydanında gəzintiyə çıxmışdı. O, burada körpə uşağa yaxınlaşaraq «hamınızı sevirəm, hamınıza ehtiramım var» demişdi. Dünən isə onun karteji hərəkət edərkən maşınlardan biri yolu keçmək istəyən hamilə qadını vurub. Əgər kartejdəkilər yerə düşərək ona kömək etsə idilər, o qadın, bəlkə də, ölməzdi, sağ qalardı. «Təbii ki, kartejdəkilər Milli Təhlükəsizlik Xidmətinin işçiləridir və onlar bu qeyri-insani hərəkətləri ilə təkcə öz paqonlarına layiq olmadıqlarını göstərmədilər, həm də vicdanlarını Nikolun tozlu ayaqqabılarının altına atdılar», - deyən sabiq deputat paylaşımını aşağıdakı sözlərlə bitirib: «Az qalıb. Gözləyin! Sorğu-sual olmayacaq. Meydanda ümumxalq mühakiməsi keçiriləcək və edam ediləcəksiniz!»

 

Erməni ABŞ səfirinə «ağıl verir»

Politoloq Edqar Qazaryan ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Tryesi barədə paylaşım edib. O, «ABŞ-ın Ermənistandakı səfiri ölkədən çıxarılmalıdır» hədə-qorxusu ilə başlayan paylaşımına əlavə olaraq bildirir ki, ABŞ-ın Ermənistandakı səfiri xanım Lin Tryesi 2022-ci il aprelin 27-28-də Amerika regional qurum rəhbərlərinin Bakıda keçiriləcək toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bununla bağlı ABŞ-ın Ermənistandakı səfirliyinə müraciət olunub. Səfirlikdən onlara bildiriblər ki, belə toplantılar ümumi xarakter daşıyır, dəvət edən ölkələr, rotasiya prinsipi ilə dəyişir. Erməni isə səfirliyin bu qanuni cavabı ilə razılaşmayaraq bildirir ki, ABŞ səfirliyinin şərhini heç cür əsaslı hesab etmək olmaz. Erməni politoloq daha sonra ABŞ nümayəndələrinə «dərs» keçməyə başlayıb və deyib ki, tədbirin təşkilatçıları məkan seçərkən dövlətlərarası münasibətləri nəzərə almalı idilər. ABŞ-ın səfiri isə Bakıya getməmişdən əvvəl öz proqramına nəzər salmalı, düşünüb-daşınmalı idi. Əgər o, Bakıya gedib oradakı tədbirdə iştirak edəcəksə, qayıdandan sonra Ermənistanı tərk etməlidir.

Bax burda deyirlər erməni ki, erməni!

 

Ermənilər Paşinyanı türk hesab edir

24 NEÜS-da yerləşdirilmiş videoçarxda şəhərin mərkəzi küçələrindən birində yolu kəsməyə cəhd edən 30-a yaxın erməni ilə polislərin mübahisəsi göstərilir. Əllərində Ermənistanın bayrağı olan etirazçalar «türksüz Ermənistan» şüarını dalbadal, xüsusi pafosla səsləndirərkən polis zabitlərindən biri onlara deyir ki, Ermənistanda 30 ildən çoxdur ki, türk yaşamır, burada türk yoxdur. Çıxın gedin. Etirazçılardan biri isə «Nikol satqındır, Nikol türkdür, Türksüz Ermənistan, nikolsuz Ermənistan deməkdir» - deyə daha bərkdən qışqırır. Bir qədərdən sonra polislər bir neçə nəfəri zorla mışanı oturdur, başqalarını isə dilə tutaraq yolu kəsməməyə çağırır. Amma etirazçılar asayiş keşikçilərinin tələblərinə məhəl qoymadıqlarına görə tərəflər bir-biri ilə yumruq davasına keçir...

Hazırladı: Nəsib QARAMANLI

Oxşar xəbərlər