Bu barədə “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğunun nəticələrində qeyd olunur.
Sorğunun nəticələrinə görə, respondentlərin 86 faizi referendum keçiriləcəyi təqdirdə Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyəcək (əleyhinə - 3 faiz, səs verməyəcək – 7 faiz). Bütün makroregionların və yaş qruplarının nümayəndələri arasında Aİ-yə daxil olmağa dəstək yekdildir.
NATO-ya qoşulmağa dəstək müşahidələr tarixində ən yüksək göstəricidir: referendumda bu təşəbbüsü 83 faiz dəstəkləyəcək, əleyhinə - 4 faiz, 9 faiz səs verməyəcək. (AZƏRTAC)