Bu fikirləri “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
Mövcud anlaşmalarla Cənubi Qafqazda yeni bir dövrün başladığını, yaranmış tarixi fürsətin boşa getməməsi üçün ciddi səylər göstərdiklərini xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycanla birlikdə sıx məsləhətləşmə əsasında ciddi addımlar atıldı. Erməni radikal dairələrinin təxribatlarına baxmayaraq, sülh istiqamətində mühüm yol getdik. Telefon danışığı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla əhəmiyyətli müzakirə apardım. Ermənistanın prosesləri düzgün dəyərləndirərək Türkiyə və Azərbaycanın səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizdə qısa zamanda sabitliyin yaranacağına inanıram. (AZƏRTAC)