Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. ("Report")