19.10.2024, 07:59
AZ EN
12.04.2022, 07:30 365

Pandemiyanın bitməsindən danışmaq hələ tezdir

XƏBƏRLƏR

Koronavirus (COVID-19) pandemiyasının bitməsindən danışmaq hələ tezdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bunu bildirib.

ÜST-ün baş direktoru qeyd edib ki, yoluxma sayı yüksək olaraq qalır, bir çox ölkələrdə koronavirusa qarşı peyvəndləmə göstəricisi çox aşağıdır. Dünyada koronavirusdan ölüm hallarının sayında azalma tendensiyasına baxmayaraq, "pandemiya hələ də bitmək üzrə deyil". Onun sözlərinə görə, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması yoluxma hallarının çoxalmasına imkan verir, yeni ştamların yaranma riskini artırır. ("Trend")

Oxşar xəbərlər