17.03.2025, 12:56
AZ EN
17.03.2025, 09:00 207

ABŞ Azərbaycan-Ermənistan sülh sazişində irəliləyişi alqışlayır

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq. ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X” sosial şəbəkə hesabındakı səhifəsində belə yazıb. 

“Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi, cənab Hikmət Hacıyevlə danışdım. Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq”, - Trampın müşaviri vurğulayıb.

Mayk Uolts qeyd edib ki, sülh sazişinin imzalanması yekunlaşmalıdır: “Regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”.

Oxşar xəbərlər