Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, milli müdafiə naziri Yaşar Güler, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri, ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, şəhidlərin qohumları və yaxınları, paytaxt sakinləri iştirak ediblər.
Şəhidlərin nəşləri ötən axşam Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus A400M hərbi-nəqliyyat təyyarəsi ilə Tbilisidən Ankaraya aparılıb və orada məhkəmə-tibbi ekspertizası keçirilib.
Şəhidlərdən üçünün dəfn mərasimi Ankarada keçirilib, qalanları İstanbul, Bursa, Kayseri, Eskişehir, Karabük, Nide, Amasya, Tekirdağ, Muğla, Samsun, Konya, Bilecik, Çorum, Kırklareli və Balıkesir vilayətlərində dəfn olunacaq. (AZƏRTAC)