22.11.2024, 01:06
AZ EN
14.04.2022, 08:00 507

Avropa İttifaqı Ukrayna qaçqınlarına dair qərar qəbul edib

XƏBƏRLƏR

Avropa İttifaqının (Aİ) daimi nümayəndələr komitəsi Ukrayna qrivnasının üzv dövlətlərin valyutası ilə mübadiləsi barədə tövsiyələri bəyənib. Bu qərar öz pullarını Aİ valyutasına dəyişməkdə çətinlik çəkən ukraynalı qaçqınlara dəstək vermək üçün qəbul edilib.

Bu barədə Aİ Şurasının rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, “sənəd üzv dövlətlərə təklif edir ki, Aİ-nin bütün ərazisində qrivnanın eyni şərtlərlə mübadiləsinə imkan yaradan qayda müəyyənləşdirsinlər. Bu qayda ukraynalı qaçqınların, uşaqlar da daxil olmaqla, adambaşına 10 min qriven (təxminən 310 avro) dəyişməsinə imkan verəcək. Mübadilə Ukrayna Milli Bankının dərc etdiyi rəsmi məzənnə üzrə və pulsuz aparılacaq. Bu, ən azı, üç ay davam edəcək”.

Eyni zamanda qeyd edilir ki, tövsiyə aprelin 19-dək Aİ Şurasında yazılı şəkildə rəsmən qəbul edilməlidir. Məlumatda deyilir: “Tövsiyələrin icrası hüquqi cəhətdən məcburi deyil. Buna görə də qaydanın müəyyənləşdirilməsini və faktiki tətbiqini üzv dövlətlər özlərinin daxili vəziyyətinə uyğun olaraq həll etməlidirlər”.

Oxşar xəbərlər