İştirakçıların sayı rəsmi olaraq açıqlanmasa da, bir neçə yüz min nəfər olduğu deyilir.
Ərdoğan mitinq zamanı tərəfdarlarını mümkün qədər fəal olmağa çağırıb, gənclərə xüsusi ümid bəsləyib.
“Biz hər qapını döyəcəyik. Türkiyənin yüzilliyini arzulayırıq. Onlar (müxalifət) öz arzularını bölünmüş siyasət, qeyri-sabit iqtisadiyyat, zəif demokratiya, dünyada xor baxılan köhnə Türkiyə üzərində qururlar”, - deyə prezident bildirib. (APA)