12.12.2024, 17:11
AZ EN
27.11.2024, 13:34 280

Selçuk Bayraktar Lefkoşada “TECHNOFEST - 2025” festivalına hazırlıq məsələlərini müzakirə edib

XƏBƏRLƏR
  • Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Lefkoşada “TECHNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalının təşkilat komitəsinin sədri, “Baykar” şirkətinin rəhbəri Selçuk Bayraktarı qəbul edib.

Kipr türklərinin lideri ŞKTC-də “TECHNOFEST - 2025” sərgisinin keçirilməsi təşəbbüsünə görə S.Bayraktara minnətdarlığını bildirib.

Siyasətçi qarşıdan gələn festivala hazırlığın başlanmasından da məmnunluğunu ifadə edərək, belə genişmiqyaslı tədbirin keçirilməsinə töhfə verən türkiyəli mütəxəssislərə təşəkkür edib.

E.Tatar bildirib ki, festivalın keçirilmə tarixləri iqlim şəraiti və ŞKTC-nin çoxsaylı universitetlərində tədris prosesinin təşkili nəzərə alınmaqla seçiləcək.

“Əminəm ki, “TECHNOFEST-2025” ŞKTC-nin iqtisadi vəziyyətinə müsbət töhfə verəcək və türk Kiprinin maraqlarının beynəlxalq səviyyədə təşviqinə kömək edəcək”, - deyən Prezident, həmçinin Lefkoşanın dünyada mövqeyinin gücləndiyini vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər