22.11.2024, 21:04
AZ EN
06.04.2024, 17:28 219

KİV: Paşinyanın komandası Brüsseldəki uğursuzluqdan şokdadır

XƏBƏRLƏR
  • Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları Brüsseldəki görüşün uğursuzluğundan şokdadır.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Nəşrin yazdığına görə, Paşinyanın komandası bir neçə milyard avro gözləsə də, onlara yalnız 350 milyon avro dəstək vəd ediblər, üstəlik, bu məbləğ qarşıdakı 4 il ərzində qrantlar şəklində ayrılacaq.

"Paşinyanın komandasının üzvləri qəzəblənib, axı Qərb onların bu pullar uğrunda günlərlə necə aktiv şəkildə Rusiyaya çirkab atdığını qiymətləndirmədi", - deyə nəşr yazıb.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Aİ-ABŞ-Ermənistan görüşü keçirilib.

Görüşə, həmçinin, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də qatılıb.

Görüşdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub. Brüssel və Vaşinqton İrəvan üçün müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar dəyərində kredit ayıracaqlarını vəd ediblər.

Brüssel görüşü çərçivəsində, həmçinin, Ermənistan və Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust) arasında əməkdaşlıq sazişi imzalanıb. Ermənistan tərəfindən sazişi xarici işlər naziri Ararat Mirzoyan, Aİ tərəfindən ədliyyə məsələləri üzrə komissar Didye Reynders, Aİ-yə sədrlik edən Belçika və Aİ-yə üzv ölkələrin adından isə Belçikanın baş nazir müavini, ədliyyə və Şimal dənizi məsələləri üzrə naziri Pol Van Tixelt imzalayıb. (Trend)

Oxşar xəbərlər