Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis deyib.
“Düşünürəm ki, pandemiyanın bizə öyrətdiyi dərslərə diqqət yetirməliyik. Alimlərin xəbərdarlıq etdiyi kimi, pandemiyaların daha çox yayılma ehtimalı var. Buna görə də biz beynəlxalq birlik olaraq ictimaiyyətin diqqətini hazırlıq və idarəetmə məsələsinə yönəltməliyik. COVID-19 pandemiyası ilə aydın oldu ki, bizim daha yüksək səviyyəli beynəlxalq əməkdaşlığa ehtiyacımız var”, - deyə sessiyanın sədri vurğulayıb.
O həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət peyvənd məsələsində daha çox həmrəylik nümayiş etdirməlidir: “Çünki bir bölgə və ya bir nəfər peyvəndsiz qalsa, bu, dünya əhalisinin qalan hissəsi üçün təhlükə yaradacaq”. (AZƏRTAC)