18.10.2024, 22:25
AZ EN
12.07.2024, 12:27 299

Avropada baş verən ən dəhşətli qətliam və soyqırımı

XƏBƏRLƏR

29 il öncə Avropada minlərlə müsəlmanın vəhşicəsinə qətl edildiyi Srebrenitsa soyqırımı

  • 1990-cı illərdə Bosniya və Herseqovinanın Srebrenitsa şəhərinin sakinlərinin əksəriyyəti müsəlman olub. Onlar islamı Osmanlı dövründə qəbul etmişdilər. 1992-ci ildə Bosniya və Herseqovina Yuqoslaviyadan ayrıldığını elan edir. Müstəqilliyin tərəfdarları Bosniyanın əksəriyyətini təşkil edən müsəlman boşnaklar və xorvatlar idi. Əhalinin 30 faizini təşkil edən serblər isə buna etiraz edərək parlamentin işini boykot etdilər. Bu zaman onlar müstəqil Serb respublikasını elan etdilər. Bununla da müsəlman boşnaklar, serblər və xorvatlar arasında 1995-ci ilə qədər davam edən etnik qarşıdurmalar başlayır.

1993-cü ilin mayında BMT-nin təhlükəsizlik şurası Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsanı qaçqınlar üçün 6 təhlükəsiz zonadan biri elan edir,  Niderlanddan olan sülhməramlıları oraya yerləşdirir. Serblər isə həmin şəhəri serb respublikasının tərkibinə qatmaq istəyirdilər.

1995-ci ilin yayında serb general Ratko Mladiçin rəhbərliyi altında serblər Bosniya müsəlmanlarına qarşı “Krivaya 95” əməliyyatına başlayırlar. Serbiyanın xüsusi təhlükəsizlik dəstələri olan “Əqrəblər” də əməliyyata qoşulur. Bu zaman mülki əhali və sülhməramlılar üçün ərzaqların gətirilməsi çətinləşir, insanlar aclıqdan ölürdü. Güclü hərbi texnikası olmayan Holland batalyonu müqavimət göstərə bilmirdi. NATO-nun iki təyyarəsi serb tanklarını vursa da,  serblər sülhməramlıların hamısını qıracaqlarını dedikdən sonra onlar dayanır. 5 gün sonra şəhər ələ keçirilir. “Bosniya qəssabı” Mladiç iyulun 11-də təntənəli şəkildə Srebenitsaya daxil olur,  BMT-nin 30-a yaxın hollandiyalı sülhməramlısı girov götürülür. 20-25 min müsəlman boşnak sülhməramlılardan tələb edir ki,  onlardan alınan silahları geri qaytarsınlar. Komandir Tom Karremans bu tələbi rədd edir. O,  Srebenitsa şəhərini və  sülhməramlılara sığınan 25 min boşnakı girov götürülən hollandların əvəzinə serb ordusuna təslim edir. Mladiç vəd edir ki, boşnak əsirlərini müsəlmanların nəzarətində olan Tuzlaya göndərəcək. Lakin hərbçilər təxliyə edilən əsirlər arasından kişiləri seçərək güllələyirlər. Onların arasında 18 yaşına çatmayan 500 yeniyetmə də olub. Şəhər küçələri günahsız insanların cəsədləri ilə dolur. Sonra isə meyidləri kütləvi məzarlarda dəfn edirlər. İllər sonra da yeni kütləvi məzarlıqlar və insan qalıqları tapılır. Şahidlər bəzi boşnakların diri-diri basdırıldığını,  aşyaşlıların atalarının gözü qarşısında güllələdiklərini deyirdilər. Gizlənən boşnak qadınları isə serblər taparaq təcavüz edirdilər. Bütün bunlar hollandiyalı sülhməramlıların gözü qarşısında baş verirdi. Serblər hollandlara sıınan 5 minə  yaxın boşnakı da əsir götürür. Avropanın gözü qabağında baş verən bu qətliam bir neçə il sürdükdən sonra 1995-ci ildə imzalanan Dayton razılaşması ilə sona yetir.

Bu gün də tapılan şəxslərin qalıqlarının kimliyi təsdiq edilərək hər il iyulun 11-də memorial məzarlıqda dəfn edilir.

Srebrenitsa qətliamı ilə bağlı keçirilən müxtəlif məhkəmələrdə  bu günə qədər 90 nəfər həbs edilib, 19 şəxs isə bəraət alıb. 45 serbə ümumilikdə  699 il həbs cəzası kəsilib.

Xorvat əsilli keçmiş komandir 72 yaşlı bosniyalı Slobodan Praljak 20 il həbs cəzası aldığını eşidəndə məhkəmə zalında kalium sionid içərək intihar edir. Holand komandan Tom Karremans isə heç vaxt mühakimə olunmur. BMT-nin beynəlxalq məhkəməsi Srebrenitsada baş verənləri soyqırım kimi tanıyıb.

2007-ci ildə beynəlxalq tribunal da serblərin etdiklərini soyqırım kimi tanıyır. İki il sonra Avropa Parlamenti 11 iyulu Srebrenitsada sıyqırım günü elan edir. Bu soyqırım Bosniya və Hersoqovinaya daxil olan  serb respublikası tərəfindən rəsmən tanıır. Müstəqil resbiya hökuməti isə etdiklərinə görə 2010-cu ildə rəsmən üzr istəsə də, faciəni soyqırım kimi tanımaqdan imtina edib. Niderland məhkəməsi isə holland sülhməramlıların serblərə təslim etdiyi 350 boşnakın ailəsinə təzminat ödənilməsinə qərar verir. 2017-ci ildə “Bosniyalı Qəssab” general Ratko Mladiç ömürlük azadlıqdan məhrum edilib. Onun məhkəməsi 530 gün davam edib.  Qətliam qurbanlarının sayı 5 mindən 27 minə qədər göstərilir. Memorial mərkəzdə isə öldürülənlərin sayı 8372 nəfər göstərilib.

Qeyd edək ki, yazı “Belə-belə işlər”in youtube  materaldan hazırlanıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər